Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Rüfət Əzizov: İlkin mərhələdə 11 min ibtidai sinif müəlliminin sertifikatlaşdırılması nəzərdə tutulur


Sertifikatlaşdırılmanın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 min ibtidai sinif müəlliminin cəlb olunması nəzərdə tutulur.
Rüfət Əzizov diqqətə çatdırıb ki, nəticələr təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Xatırladaq ki, avqustun 30-dan etibarən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb. Test imtahanı sentyabrın 1-dək davam edəcək.


Tarix: 30-08-2022, 12:48

Xəbəri paylaş