Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Firudin Qurbanov: Yeni idarəçilik sistemi təhsilin inkişafına töhfə verəcək






Mayın 5-də Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində davam edən tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Regional Təhsil İdarəsinin əhatə etdiyi Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam təhsil sisteminin yaradılması istiqamətində həyata keçirdikləri tədbirlərdən və bu tədbirlərin uğurlu nəticələrindən danışıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında yeni idarəçilik sisteminin təhsilin inkişafına töhfə verəcəyini bildirib. Son illərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, regional təhsil idarələrinin yaradılması təhsilalanların və təhsilverənlərin hüquqlarının təmin olunmasında səmərəli mexanizm, təhlükəsiz və sağlam bir mühit yaradacaq.
Təqdimatda regional idarəyə müdir təyin olunan Rüfət Hacıyev çıxış edərək göstərilən yüksək etimad üçün təşəkkürünü bildirib, üzərinə düşən vəzifələrin yerinə yetirilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.


Tarix: 5-05-2022, 17:00

Xəbəri paylaş