Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə Xan bağında "Oxu Günü" ilə bağlı tədbir keçirilib



















Gəncə Şəhər İcra Hakimiyyəti və "İnnovativ Müəllimlər Birliyi" nin dəstəyi, Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə Xan bağında "Oxu Günü" ilə bağlı tədbir keçirilib. 
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin və məktəbəqədər müəssisələrin kollektivi və şəhər sakinləri iştirak ediblər. 
Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən rəqs nümunəsi göstərilib, ümumi təhsil müəssisələri və məktəbəqədər müəssisələr tərəfindən müxtəlif nağıl qəhrəmanları, şair və yazarlar haqqında təqdimatlar nümayiş etdirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliəyə və kitablara marağın artırılması olub. 
Qeyd edək ki, Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən 23 Aprel - Oxu Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Belə ki, IX-XI sinif şagirdlərinin iştirakı ilə "Nə? Harada? Nə zaman?" intellektual yarışı, V-VIII sinif şagirdlərinin iştirakı ilə "Gəlin birgə oxuyaq"  müsabiqəsi təşkil edilib. Bununla belə ümumtəhsil məktəblərinin şagirdlərinin Nizami Gəncəvi məqbərəsinə, M.C.Paşayevin ev muzeyinə, Mərkəzi və Uşaq Kitabxanasına ekskursiyaları təşkil edilib. 
Tədbirin sonunda Oxu Günü ilə bağlı keçirilən müsabiqələrdə yer tutmuş, həmçinin "Düşünən oxucu" müsabiqəsinin şəhər mərhələsində fərqlənən şagirdlər təltif ediliblər.


Tarix: 23-04-2022, 22:29

Xəbəri paylaş