Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şəmkir rayon Zəyəm Cırdaxan kənd 2 nömrəli tam orta məktəbin açılışı olub





Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfər edib.  
Səfər çərçivəsində yeni tikilmiş Şəmkir rayon Zəyəm Cırdaxan kənd 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. 
 
Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev,  Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev və digər qonaqlar iştirak ediblər.
 
Mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.       
 
Açılış mərasimində bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, çağrışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 216 nəfərlik akt zalı, idman zalı, kitabxana və 92 yerlik yeməkxana fəaliyyət göstərəcək.
 
Açılışdan sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar


Tarix: 21-04-2022, 13:41

Xəbəri paylaş