Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İbtidai sinif müəllimləri üçün seminar

 

İyunun 20-də Bakıda ibtidai sinif müəllimləri üçün seminar təşkil edilib.
"İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda keçirilən tədbir Təhsil İşçilərinin Peşəkar İnkişafı İns­titutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb.
Tədbirdə Avropa Şurasının ekspertləri Olena Stis­lavska və Majena Rafalska moderator kimi iştirak ediblər.
Seminarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməkdən ibarətdir.
"İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda bu ilin yanvar və may aylarında da seminar keçirilib. İyul, avqust və sentyabr aylarında da belə tədbirlərin təşkil edilməsi planlaşdırılıb.
  Sonda seminarlara qatılan müəllimlərə sertifikatların verilməsi nəzərdə tutulub.   


Tarix: 4-08-2017, 12:10

Xəbəri paylaş