Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə

 

Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərin fəsadları ilə bağlı şagirdlərin maarifləndirilməsi işi 2016-2017-ci tədris ilində də davam etdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “ Siqaretə yox deyək” və digər mövzularda “dəyirmi masa”, seminar, mühazirələr təşkil edilib.
Toplantılarda şagirdlər, valideynlər, müəllimlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.
Yığıncaqlarda məktəblilərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün aparılan işlərdən bəhs olunub.
Tədbirlərdə Azərbaycanda 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının, digər zərərli vərdişlərlə bağlı mövcud qanunvericiliyin və bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə qəbul edilmiş qərarların tələblərinin icrası istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb.
Tədbirlərdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilib, videoçarxlar nümayiş olunub.
Yığıncaqlarda şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.
  BŞTİ-nin tabeliyində olan məktəblərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair maarifləndirici tədbirlər 2017-2018-ci tədris ilində də təşkil ediləcək.  


Tarix: 4-08-2017, 11:50

Xəbəri paylaş