Azərbaycanlı məktəblilər medal qazanıb
Hindistanın Dehli şəhərində 6-cı Amiti Beynəlxalq fənn olimpiadası keçirilib. Olimpiadada Azərbaycan, Türkiyə, Hindistan, Moldova, Rumıniya və digər ölkələr olmaqla ümumilikdə 11 ölkədən 276 şagird iştirak edib. Şagirdlər riyaziyyat, biologiya, fizika, kimya fənləri üzrə biliklərini sınayıblar.
Azərbaycanlı məktəblilər olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdləri İbrahim Qasımlı gümüş, Ləman Məmmədli bürünc medal qazanıb.
Tarix: 4-08-2017, 11:33
Xəbəri paylaş