Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış (XI, XII) siniflərini 20124 şagird bitirəcək

 

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27708, XI sinfini 19525 nəfər bitirəcək. Paytaxtda 45321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.
Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində 387373, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2327, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2603 şagird olmaqla, ümumilikdə 392303 şagird təhsil alıb.
2016-2017-ci tədris ilində məktəbəhazırlıq qruplarını 261 ümumi təhsil məktəbində 839 qrupda 23130 uşaq bitirib. Növbəti ildən isə 25000-dən artıq uşağın məktəbəhazırlıq qrup­larına cəlb edilməsi nəzərdə tutulur.
I sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44000-dən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40805-i ümumi təhsil məktəblərinə, 3359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir.
  BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28165 müəllim fəaliyyət göstərir.


Tarix: 4-08-2017, 11:30

Xəbəri paylaş