“Riyaziyyatdan müxtəlif məzmunlu məsələ və misallar”
“Müəllim” nəşriyyatı tərəfindən Vaqif Mahmudovun, Sahib Məmmədovun və Günay Çəndirlinin müəllifliyi ilə “Riyaziyyatdan müxtəlif məzmunlu məsələ və misallar” adlı A5 formatında 642 səhifəlik yeni kitab işıq üzü görmüşdür.
Kitabda istehsalat və məişət məzmunlu tarixi və əyləncəli, praktik məsələlər, çoxluqlar, kombinatorika və ehtimal nəzəriyyəsinin elementlərinə dair kifayət qədər çalışmalar və onların həlli, o cümlədən, orta məktəbin riyaziyyat kursunda tətbiq olunan qaydalar və düsturlar, bir sıra maraqlı məlumatlar verilmişdir.
Şagirdlərin riyazi biliyinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə, hər şeydən əvvəl, fənnin tədrisi yollarını müəyyənləşdirmək və mövzudan asılı olaraq rəngarəng vasitələrdən istifadə etmək lazım gəlir. Məktəbdə şagirdlərin riyazi qabiliyyətlərinin inkişafında digər pedaqoji tədbirlərlə yanaşı, riyaziyyat dərnəkləri də mühüm rol oynayır.
Bu məqsədlə kitabdan riyaziyyat dərnəklərinin işinin daha da yaxşılaşdırılması məqsədi üçün də istifadə edilə bilər.
Kitab riyaziyyat müəllimlərinə, riyaziyyata xüsusi həvəs göstərən şagirdlərə, həmçinin müstəqil məsələ həll etmək bacarığına yiyələnmək istəyənlərə köməklik məqsədi ilə yazılmışdır.
Kitabdan tam orta, pedaqoji, digər ali və orta ixtisas məktəblərinin, liseylərin, gimnaziyaların, kolleclərin, universitetlərin şagird, tələbə və müəllimləri də istifadə edə bilərlər.
Tarix: 14-01-2021, 12:09