Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

STEM əsaslı dərs


Rəna MUSAYEVA,                                                                                                                   Bakıdakı 177 nömrəli tam orta məktəbin kimya müəllimi

 

Məlum olduğu kimi, STEM Təhsil Mərkəzi  Amerikanın məşhur təhsil markası olan Engineering For Kids proq­ramının rəsmi franşizası ilə fəaliyyət göstərən Azərbaycandakı ilk və tək nümayəndəsidir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını təhsilalanlara göstərir. STEM fənləri tələbələri hansı peşələri seçmələrindən asılı olmayaraq gələcək həyata hazırlayır.

Elmi savadlılıq təhsilalanlarda özünü aşağıdakı formalarda büruzə verir: 

* İnduktiv və deduktiv düşüncənin olması; 

* Məlumat və xüsusiyyətlərin təqdim edilməsi; 

* Fikirlərin sərbəst ifadəsi; 

* Müzakirə nəticələrinin ümumiləşdirərək təqdim edilməsi; 

* Məzmunun aktiv şəkildə mənimsənilməsi; 

* Problemlərin həllinə məsuliyyətli yanaşma və s.

STEM əsaslı dərs planlaşdırılarkən mövzuya uyğun aşağıdakılar düzgün seçilərək qeyd edilməlidir: 

* Reallaşdırılacaq standartlar;  

* Fənlərarası inteqrasiya imkanları və uyğun standartlar; 

* Təlim strategiyaları: metodlar, iş formaları; 

* Resurslar;  

* Qiymətləndirmənin üsul və vasitələri.


Tarix: 14-01-2021, 11:57

Xəbəri paylaş