Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb

 

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib.

Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.  Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

 

2020-2021-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suallar və onların cavabları


Tarix: 18-08-2020, 22:54

Xəbəri paylaş