Təhsil müəssisələrində akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə şagirdlərə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən danışılıb. Zərifə xanımın əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür - gün yoldaşı kimi daim qəlblərdə yaşadığı qeyd edilib.
Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, Zərifə Əliyeva 10-a yaxın əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 200-ə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük əmək sərf edib.
Tədbirlərdə şagirdlər tərəfindən anaya aid şeirlər, atalar sözləri, dahilərin ana barədə söylədikləri, illərin yaddaşından süzülüb gələn deyimlər səsləndirilib, mahnılar ifa edilib, Zərifə Əliyevaya həsr edilən sənədli filmlər nümayiş olunub.
Eyni zamanda bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Zərifə Əliyevanın anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub.
Tarix: 6-06-2017, 11:04