Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbdə anım tədbiri

 

51 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Sən əlçatmaz zirvəsən” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, BŞTİ-nin və İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Tərlan Bayramova tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. İdarə müdiri şagirdləri azərbaycanlı olmağı ilə həmişə fəxr edən Heydər Əliyev irsini daha dərindən öyrənməyə və bu irsdən bəhrələnməyə çağırıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov xalqın inamını özünə qaytaran, sabitlik və əmin-amanlıq yaradan ulu öndər tərəfindən uşaqların, gənclərin yaxşı təhsil almaları, geniş dünyagörüşə malik olmaları, ölkəmizi layiqincə təmsil etmələri üçün gözəl şərait yaradıldığını bildirib.
Tədbirdə şagirdlər ulu öndərə həsr edilən şeirlər söyləyərək Heydər Əliyev dühasını bədii dillə iştirakçılara çatdırıblar. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilib, ulu öndərə həsr olunmuş mahnılar ifa edilib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib.
  Tədbirdə, həmçinin dahi şəxsiy­yətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Tarix: 6-06-2017, 11:00

Xəbəri paylaş