Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Autizmli uşaqlara dəstək proqramı”

 
Autizm müasir dövrümüzdə tez-tez təsadüf olunan prob­lem kimi özünəqa­pan­ma, real həyatdan uzaqlaşma, sosial münasibətlərdən yayınmalarla təzahür edir. Autizm 3 yaşından əvvəl başlamaqla ömür boyu davam edən, sosial münasibətlərə və ün­siy­yətə ziyan vuran, məhdud və təkrarlanan davranışlara gəti­rib çıxaran, beynin in­ki­şa­fını məhdudlaşdıran prob­lemdir.
Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən biri də Neft­çala rayon İ.Babayev adına tam orta məktəbin psixoloqu Elmir Tağıyevin həyata keçirdiyi “Autizmli uşaqlara dəstək proq­ramı” layihəsidir. Layihənin məqsədi Neftçala rayon və ona ətraf ərazilərdə autizm spektr pozuntularına malik olan uşaqları aşkarlamaqa autizmin spektr pozuntularının təzahür xüsusiy­yət­­lə­rini öyrənmək, on­lar­la psixodi­aq­nostik və psixokorreksiya işi təşkil edərək müsbət dəyişmələrə nail olmaqdır.
 Qeyd edək ki, autizm erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur.
Layihənin ilk ayı ərzində autizmin müxtəlif spektr pozuntularına malik uşaqlar aşkarlanmış və ilkin diaqnostikadan sonra məşğələlərə cəlb edilmişdir. Müraciətlər növbəlilik prinsipinə əsaslanaraq indi də davam edir. Bu məqsədlə təşkil olunmuş “Turan” psixoloji yardım mərkəzində  mütəxəssislər tərəfindən həmin uşaqlar üçün müxtəlif məşğələlər və tədbirlər həyata keçirilir. Mərkəzin fəaliyyətinə cəlb olunmuş uşaq­larda müsbət dəyişikliklər hiss olunur. Autizmli uşaqlarla psixoloji, loqopedik, fizioterapiya məşğələləri iki psixoloq, bir loqoped, bir fizioterapist tərəfindən keçirilir. Sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə söhbətlər keçirilmiş, məlumatlar toplanmışdır. Çünki  ailə uşağın inkişafında və təhsilində ən təsirli rolu olan faktorlardan biridir. Buna görə də  normal və ya qüsurlu olsun hər uşağın daxilində böyüyüb inkişaf edə biləcəyi, bəzi qayda və rolları yaşayaraq öyrənə biləcəyi ailə mühiti içində olmaq ehtiyacı vardır. Bunların xaricində, ailələrin bu problemlərlə mübarizə aparması zamanı yaşadıqları psixoloji narahatçılıqlar da ən böyük problemlər arasındadır.
Həyata keçirilən layihə çərçivəsində 15 oktyabr 2019-cu ildə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün "Autizm sindromu nədir, onun əlamətləri və xüsusiyyətləri" mövzusunda təlim təşkil olunmuşdur. Təlimi aparan psixoloq T.Elmir və loqoped T.Sevda  autizm sindromu, onun əlamətləri, başvermə səbəbləri və xüsusiyyətləri, eyni zamanda autizmin müalicəsində həyata keçirilən tədbir və məşğələlər barədə təlim iştirakçılarına geniş məlumat verib.  
“Autizmli uşaqlara dəstək” proqram layihəsi çərçivəsində daha bir  regional təlim-seminar Biləsuvar rayonu Gənclər Evində baş tutmuşdur.  4 noyabr 2019-cu il tarixdə keçirilən təlimdə region psixoloqları, loqoped, uşaq birliyi rəhbərləri iştirak etmişdir.  Seminarda noyabr ayı autizmlilərə kömək aylığı elan edilmiş və qarşıda duran vəzifələr ətraflı  təhlil edilmişdir. Seminarda təhsil işçiləri ilə autizmli uşaqların diaqnostikası, korreksiyası məsələləri ətraflı müzakirə edilmişdir. Həkim və valideynlərin Autizm Spektr Pozuntusu və digər inkişaf prob­lemlərinin erkən simptomlarını ayırd etməsi həyati əhəmiyyət daşıması  xüsusi vurğulanmışdır.
Autizm fenomeni daxilində asılılıq və bağlılığı daşıyan bir fenomendir. Bundan əlavə, valideynlərin də bu bağlılıq və asılılığı artırmağı yanlış olar. Uşaq gələcəkdə asılılığını davam etdirə biləcəyi bir şəxs tapa bilməyəcəyi üçün asılı həyat tərzində mümkün olduğu qədər erkən yaşda xilas olmaq, autistik uşaqların baxımından həyati bir önəmə sahibdir.  


Tarix: 14-01-2020, 19:56

Xəbəri paylaş