“Linqvistik təhlil bacarıqlarının formalaşması üçün xüsusi vəsait”
“Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qaliblərindən biri də Şirvan şəhər 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Minarə Əlisa qızı Əliyevadır.
1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini “Filoloq. Azər- baycan dili və ədəbiyyat müəllimi” ixti- sası üzrə bitirən Minarə Əliyeva həmin ildən də Şirvan şəhər 13 nömrəli tam orta mək- təbdə ixtisası üzrə müəllim işləyir.
Vaxtilə Təhsil Sektorunun İnkişafı La- yihəsi çərçivəsində həyata keçirilmiş Mək- təb Qrantı Proqramı(M.Q.P.) Layihəsinin də qalibi olmuşdur.
Daim öz üzərində çalışan Minarə müəl- lim respublika mətbuatında 4 jurnal (“Kurikukum” və “Təhsil”jurnalları) və 1 qəzet (“Azərbaycan müəllimi”) məqaləsinin müəllifidir.
Müsabiqəyə “Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması” istiqaməti üzrə layihə təklifi təqdim etmiş Minarə müəllimin budəfəki hədəfi xüsusi vəsaitin hazırlanmasıdır.Qrant layihəsi çərçivəsində hazırlanacaq bu vəsait “Linqvistik təhlil bacarıqlarının formalaşması üçün xüsusi vəsait” adlanır.
Layihənin məqsədi buraxılış sinif şagirdlərinin Azərbaycan dili fənni üzrə təlim keyfiyyətinin yaxşılaşdırılması məqsədilə linqvistik təhlil baca- rıqlarının formalaşmasına kömək edə biləcək xüsusi vəsaiti hazırlamaqla fənn müəllimlərinə metodiki kömək göstərməkdir.Linqvistik təhlilin ən vacib məsələlərini əhatə edəcək bu vəsait ondan istifadə edəcək şagirdlə- rin ana dili üzrə biliklərini sistemləşdirəcək, praktiki bacarıqlarını təkmil- ləşdirəcək, fənn üzrə əsas kompetensiyaları formalaşdıracaq.
Vəsaitə müəllimlər üçün zəruru resurslardan ibarət CD disklərinin əlavə edilməsi də nəzərdə tutulub.
Layihənin icrasına cari ildə avqustun 20-də başlanılıb, layihə üzrə işlər dekabrın 20-si təqdimat mərasimi ilə yekunlaşacaq.
Layihənin gedişi haqqında məlumatla müəllifin Facebukda yaratdığı
“LİNQVİSTİK TƏHLİL” qrupunda, həmçinin “Təhsildə inkişaf və innovasiyalar üzrə müsabiqənin qalibləri” qrupunda, özünün Facebuk səhifəsində, eləcə də digər informasiya kanallarında, mətbuat səhifələrində tanış olmaq olar.
Bu layihənin həyata keçirilməsi müsabiqənin başlıca məqsədi olan təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabət və innovativ fəaliyyətin sti- mullaşdırılmasına xidmət etməkdir.
Hazırda layihənin iş planına uyğun həyata keçirilməsi üçün son hazır- lıq işləri görülür.
Tarix: 6-11-2019, 20:23