Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Ən yaxşı dərs”lərin dinlənilməsinə start verilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ən yaxşı dərs”lərin dinlənilməsinə start verilib.
Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən “Ən yaxşı dərs”lərin əsas məqsədi təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdən ibarətdir. Təcrübə mübadiləsi, bütün fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.
“Ən yaxşı dərs”lər I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunur. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi, müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “Ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilir. Dərslər dinlənildikdən sonra təhlil və müzakirə edilir.
Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçirilən “Ən yaxşı dərs”lər bütün məktəblərdə eyni vaxtda start götürür.
  Qeyd edək ki, “Ən yaxşı dərs”lərin dinlənilməsi mayın 26-dək davam edəcək.


Tarix: 8-05-2017, 11:49

Xəbəri paylaş