Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Modul sistemli təhsil proqramı

 

Ozkan Çakar,
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı,
İnova Mühəndislik Tədris və Təlim MMC-nin rəhbəri

Bu gün təhsil sistemi dövlətlərin ən çox vəsait ayırdığı bir sahədir. Ümumi şəkildə götürsək, ayrılan xərclərə görə dövlət büdcələrində müdafiə, səhiyyə kimi sahələrdən sonra təhsil sistemi gəlir. Heç bir dövlət bu qədər çox büdcədən ayrılan  xərcin tətbiq olunduğu, lakin səmərəsiz bir təhsil proq­ramını davam etdirə bilməz. Mütləq sürətdə öyrənmə və öyrətmə proseslərində yenilikçi, innovativ və interaktiv təlim metodlarından istifadə olunmalıdır.
Hər bir qurumun öz işində səmərəli və təsirli olması, onun daxildə tətbiq etdiyi sistemə, məqsədə çatma istiqamətindəki istəyinə, tətbiq olunma fəaliyyətində iştirak edən işçi qruplarının bilik və bacarıq səviyyələrinin yüksəkliyi ilə ölçülür. Son nəticə kimi xarici mühitə güclü təsiri ilə qiymətləndirilir. Qurumun performansının yaxşı olması, innovasiyaya açıq, dəyişən şərtlərə çevik reaksiya verməsi ilə mümkündür.
Təhsil, hər bir dövlətin daxilində qurum olaraq özünə yer tapır. Dövlətin ən əhəmiyyətli qurumu kimi çıxış edir, birbaşa dövlətin gələcəyi ilə əlaqəlidir. Bu əlaqə, dövlətçiliyin davamı, cəmiyyətin inkişafı ilə  hər bir sahədə özünü büruzə verir. Hər bir qurumun texnologiyası olduğu kimi, təhsil sisteminin də texnologiyası vardır. Tətbiq olunan texnologiyanın ehtiyaclara cavab verməsi, səmərəliliyi yüksək səviyyədə və inkişafı davamlı vəziyyət kimi yerinə yetirməsi, proseslərə çevik adaptasiyası kimi xüsusiyyətlər, sistemin və istifadə olunan texnologiyanın düzgünlüyünü sübut edir. XXI əsr elmin və texnologiyanın sürətli inkişafı ilə fərqlənir. Bu dəyişiklik ölkələrdə təhsil sistemini də əhatə edir. Tələbənin öyrənmə prosesini qavraması, özünü daim inkişaf etdirməsi, məqsədə müvafiq nəticələrin dəyərləndirmə proqramlarını müvəffəqiyyətlə verməsi, təhsil sisteminin əsas məqsədi olaraq qarşıda durur.
Təhsilin texnologiyası, sistemdə səmərəlilik, varislik, öyrənmə və öyrətmə prosesinin təsirini artırmaq, tələbənin fərdi bilik və bacarıqlarına istiqamətlənmiş şəkildə qurulmalıdır. Bu gün dünyada tətbiq olunan yeni təhsil sistemi bu xüsusiyyətləri ilə seçilir. Bu yanaşmada öyrənmə, öyrətmə fəaliyyətinin yollarını tapma, sistem daxilində bu prosesləri həll etmə ilə xarakterizə olunur.
Müasir təhsil texnologiyasının tərkib hissəsi kimi, dərs kitablarından, kompüterlərə qədər hər bir vəsait və metodlardan istifadə olunması, tələbənin bilik və bacarıqlarının daim ölçülməsi ilə fərqlənir. Yeni texnologiyaların təsiri ilə ilkin mənbədən lazımi biliklərin təmin olunması, fürsət bərabərliyi, keyfiyyət, fərdi və qrup halında öyrənmədə səmərəlilik  və tədris olunan təhsilin təsir etmə kimi xüsusiyyətləri müvəffəqiyyətlə tətbiq olunur.
Təhsilin texnologiyasını tədqiq edəndə müxtəlif xüsusiyyətlərin qabağa çıxdığını görə bilərik.
Bu xüsusiyyətlərə aiddir:
1. Kompüterli və rəqəmsal texnologiyalar
2. Öyrənmə və öyrətmə prosesində yeni yanaşmalar
3. Tədris və təlimin keçildiyi fiziki məkanların dəyişilməsi
4. İnsan kapitalına verilən əhəmiyyətin dəyişməsi
5. Fərdiyyətçi proqramlar və müasir üsullar
6. Dərs vəsaitlərinin modul halına keçirilməsi
Kompüterlər, interaktiv təlim metodları, internet xətləri, təhsil məqsədli peyklər, təhsilə yönəlik informasiya bankları, data sistemlər və təhsil laboratoriyaları kimi digər nümunələr verilə bilər.
İnsanlara vərdişlərin qazandırılması olan təhsil sistemi, cəmiyyəti bir material kimi nəzərə alıb, mühəndislik fəaliyyəti ilə fərdləri, ölkəni, bəşəriyyətin xeyrinə istiqamətləndirir. Bu xüsisiyyəti ilə təhsil sistemi iqtisadiyyat, siyasət, cəmiyyət sistemlərinin köməkçi sistemi kimi fəaliyyət göstərir. Effektiv təhsilin verilə bilməsi, məqsədə müvafiq nəticələrin əldə oluna bilməsi üçün, yuxarı sistemlərin fəlsəfəsinin nəzərə alınması, təhsil sistemində əsas funksiya kimi çıxış edir.
Təhsil proqramlarının məqsədləri müəyyən olunarkən, hədəf kimi götürülən tələblər ilə əlaqə təhsilin fəlsəfi xüsusiyyətinin nəzərə alınması iləb yaranır. Bu səbəblədir ki, cəmiyyət üçün lazımi biliklərin verilməsi, bacarıq və vərdişlərin qazandırılması təhsilin fəlsəfəsini işə salmaq ilə mümkündür. Bu fəlsəfə təhsil proqramlarının yaradılması, inkişaf etdirilməsi və tətbiq olunması istiqamətində yol göstəricidir.
Modul xüsusiyyətli təhsil proqramının yaradılması istiqamətindəki işlərdə bəzi fəlsəfi cərəyanlara istinad olunması zəruridir. Tələbəyə fokuslanmış öyrənmə fəaliyyətini nəzərə alan modul sistemi daxilində, proqressivizim fəlsəfə prinsiplərinin nəzərə alındığını vurğulamaq ilə səhv etməmiş olarıq.
Bu sistemə görə:
1. Təhsildə aktiv öyrənmə əsas məqsəddir. Dərs vəsaitləri, mövzular, tədris və təlim metodları tələbənin maraqları istiqamətində qurulmalıdır. Bu fəlsəfəni müdafiə edənlər, öyrənən insanın hərtərəfli nəzərə alınmasını müdafiə edirlər. İnsanı bir mərkəz kimi qəbul edən təhsil sistemi tətbiq olunur. Öyrənən, öz maraq dairəsi, özünün fikri və psixi durumuna, təhsil səviyyəsinə uyğun bir proqram daxilində tədris keçməlidir.
2. Öyrənmə prosesinin istiqaməti daha çox problemlərin həll olunmasına istiqamətlənmiş olmalı, bilik, praktiki təlimlər ilə tələbənin zehninə ötürülməli, müəllim tərəfindən tələbəyə əzbərçi metod tətbiq etmək olmaz, idrak və məntiqi təfəkkür əsas məqsəd olmalıdır. Bilik və bacarıqlar insanların fəaliyyəti üçün əhəmiyyət kəsb etməli, məsələlərin həllində istifadə oluna bilməlidir. Öyrənilmiş biliklər, proseslərin tərkibində aktiv iştirak etməli, öyrənənin maraq dairəsi ilə üst-üstə düşməlidir. Biliklər yeni bir həyatın başlanğıcında, həyat fəaliy­yətinin daxili prosesində, problemli məsələlərin həll olunması istiqamətində, sis­temli və məntiqli düşünməyə kömək etməli, əvvəlki bilikləri inkişaf etdirən mahiy­yətdə olmalıdır.  
3. Təhsil müəssisələri tələbələri həyata hazırlamaqla yanaşı, həyatı özündə əks etdirməlidir. Tələbələrdə tənqidi və müqayisəli təfəkkür inkişaf etməli, öyrənmə prosesi və mühitində, həyatda rast gəlinə biləcək situasiyalar əvvəlcədən yaradılmalıdır.
4. Müəllimin vəzifəsi idarəçi kimi deyil, rəhbər kimi çıxış etməkdir. Tələbələr özlərinin inkişaf tendensiyalarına özləri qərar verməli, müəllim rəhbər kimi tələbənin maraqları ətrafında düzgün istiqamət verməli, öyrənmə məkanını təşkil etməli, görüləsi işləri koordinasiya edən olmalıdır. Nəzarətin yeganə mənbəyi olmamalıdır.
5.Təhsil müəssisələri tələbəni yarışdırmağa yox, əməkdaşlığa cəlb etməli, müasir həyatın qrup daxilində ola biləcəyini tələbəyə dərk etdirməlidir.
6.Demokratik təhsil məkanının hazırlanması, tələbələrin özlərini idarə etmələri, fikirlərin sərbəst müzakirə olunması, təhsil müəssisələrinin fəaliyyətinə birgə qərar verilməsi kimi imkanlar verilməlidir. Tələbənin dinamik inkişafına nəzər yetirmək, qruplarda iştirakını təmin edib, elmi metodlardan istifadə edərək, tələbənin özünü sübutu üçün şərait yaradılmalıdır.
Modul sistemli təhsil, fərdiləşmiş sistem proqramı, kompüter köməyi ilə, yetkinliyi qarşıya məqsəd qoyan, öz-özünü planlaşdıran, tam əhatəli öyrənməyi əsas götürən bir sistemdir. Tələbənin maraq dairəsi, ehtiyac və bacarıqlarına istiqamətlənmiş təhsil və təlim verməsini nəzərdə tutur. Tələbə öz öyrənmə sürətinə görə qrup içində özünü nizamlayır, öyrənmə məqsədinə çatır. Müəllim rəhbər və eyni vaxtda insanı dəyişdirməyə istiqamətlənən cəmiyyət mühəndisi kimi   fəaliyyət göstərir. Təhsildə demokratik bir qrup yaratmağa istiqamətlənir. Hər bir tələbə öyrənmə müddəti ərzində, davamlı sürətdə biliklərin yoxlanılmasından keçir, tətbiq olunan praktiki fəaliyyətlər ilə özünü sübuta yetirir, problemli məsələləri həll edir.
Modul, lüğəti mənada tamhəcmli bir şeyin bir hissəsi mənasına gəlir. Bu elə bir hissədir ki, öz içində müəyyən bir funksiyanı həyata keçirir. Tamhəcmli bir şeyin hissələri arasında balans yaradılmış, hər birinin müəyyən olunmuş bir funksiyası ilə modulların cəmi istənilən məqsədin əsasını təşkil edir. Hər bir hissə bir-birindən azadlığı ilə seçilir. Modul anlayışını təhsil sisteminə tətbiq edəndə, bəlli bir sahə üzrə tam bacarıq qazandırmağa istiqamətlənmiş proqramları nəzərdə tuturuq. Bu məna ilə modul bir yazılı material olub, nəzərdə tutulan bilik və bacarıqları mənimsəmə, məqsəd və məqsədlərə çatmağa istiqamətlənmiş işlərin yoxlama və qiymətləndirmə sınaqları ilə mənimsəmə dərəcəsinin təyin olunması kimi xüsusiyyətləri əhatə edir. Modul müəyyən olunmuş, bilik və bacarığın qarşılığında ölçü götürülməyə imkan verən öyrətmə fəaliyyətidir. Modul müəyyən bilik və bacarıqları əhatə edən kitapçadır. Modul, öyrənməyə istiqamətlənmiş bir mənbədir. Modul terminini təhsil sistemində bir az da gənişləndirən də, öyrənilməsi hədəf  kimi müəyyən olunmuş möv­zunu, həyat fəaliyyəti daxilində yolları ilə göstərib, istənilən nəticəni ala bilmək, bunu xüsusiyyətləri dəyişən hər bir şəraitdə əyani nəticə ilə təsdiq edən, öz daxilində müəyyən məqsədi əhatə edən bir öyrənmə materialıdır. Tələbə modul dərs vəsaitləri ilə, özü sərbəst öyrənmə fəaliyyətini təşkil edə bilər. Hər bir modul öz daxili strukturunda müəyyən məsələləri tam əhatə edən, digər modullarla funksional olaraq mövzuları ardıcıl davam edən, tələbənin azad öyrənməsini təmin edən quruluşa malikdirlər. Bu xüsusiyətlərindən ötrü modul sisteminə, fəsillər düzümü, vahid kitapçalar da demək olar. Modulların hər biri özündə vahid mövzuları əhatə etməyinə baxmayaraq, bu kitabçaların bir araya gəlməsi ilə mövzu bəhs olunan məsələlərin bütövlüyünü əmələ gətirir.
Təhsildə istifadə olunan modulların xüsusiyyətlərini tədqiq edəndə:
- Tələbə öyrənmək istədiyi mövzu ilə əlaqəli bilik və bacarıqlara yiyələnir.
- Tələbənin səviyyəsi barədə anlayışlar verir.
- Tələbə müxtəlif öyrənmə proqramlarından özü üçün əlverişli olanı seçə bilər.
- Təlimlərdə istifadə olunan modullar, nəzərdə tutulan məqsədlərə nail olmaq üçün müxtəlif fəaliyyətlər daxil olmaqla, hədəflərin necə əldə olunduğunu və tələbənin məsələlərə inteqrasiya olub-olmadığı barədə nəzarət etməyə imkan verən, əldə olunacaq məqsədləri aydın şəkildə müəyyən edən bir təlim vahididir.
Buna görə, modul proq­ramlaşdırmanı aşağıdakı kimi müəyyənləşdirə bilərik:
- Təhsil müddətində tələbədə şüurlu olaraq öyrənmənin həyata keçməsi üçün istifadə olunan mövzuların elmi olaraq tərtib olunması, müəyyən texniki metodlardan istifadə etməsi, öyrənmənin sadə və aydın həyata keçməsi əsas məqsəddir.
- Müasir dövrdə xüsusilə peşə və texniki peşə sahəsində istifadə olunan modul sistemlər, ölkələrin peşə təhsili və təlimlərini yenidən konfiqrasiya etmələri istiqamətində, yeni bir öyrənmə metodu kimi istifadə olunur.
- Xüsusi ilə təhsildə adaptasiya və səmərəliliyin artımı, dəyişikliyə çevik reaksiya verə bilən, təhsilin hər bir sahəsində tətbiq oluna bilməsi ilə davamlı təhsil və həyatı boyu təhsil anlayışlarını tam əhatə edən struktura malikdir. Bu xüsusiyyətləri ilə modul sistemi bir təhsil metodundan daha çox, təhsildə yeni təşkilati və struktur elementi kimi qəbul olunur. Modul tədris sistemi, “tələbələrdə arzu olunan bilik və bacarıqların modul vahidlər halında planlaşdırılması, həyata keçirilməsi və qiymətləndirilməsi” şəklində təyin etməkdədir. Asan öyrənmə istiqamətində təşkil olunan və strukturu yaradılan bir proqram hamısında iştirak edəcək modullar; tələbəyə istiqamətlənmiş, aydın olaraq verilmiş məqsədlər ətrafında hazırlanmış, öz daxilində bütövlüyü olan və fərdi performansın qiymətləndirilməsinə imkan verə bilən vahidlərdən meydana gəlməlidir.
Bu öyrənmə təliminin əsas xüsusiyyətləri bütünlük, məqsədlərin həyatın reallıqlarında tətbiq olunması, müxtəlif öyrənmə vəziyyətlərinin təşkil edilməsi və tələbənin fəaliyyət istiqamətinin nəticələri haqqında müsbət xarakterləri yekunlaşdırıla bilər. Başqa bir ifadəylə modul, öyrənmə məqsədlərini göstərən, məqsədlərə nə dərəcədə çatıldığına nəzarət imkanı verən, müxtəlif öyrənmə vəziyyətləri içində olan tələbələrin təsirli bir şəkildə istifadə edə bilmə xüsusiyyəti olan, öz daxilində bütövlüyə malik bir yanaşmadır.
Modul tipli öyrənmə materialının struktur quruluşuna nəzər yetirəndə, müxtəlif  xüsusiyyətlərə malikdir. Modul yazılı materialdır. Məqsəd, seçilmiş ixtisas üzrə onun mahiyyəti, məqsədləri, məqsədə çatma istiqamətində tətbiq olunacaq metodlar, sonda isə bilik və bacarıqların yoxlanılması, mövzunun qavranması ilə əlaqəli təhlil, praktiki fəaliyyətlər ilə yekunlaşır.
Hər bir modul struktur etibarı ilə:
- Giriş
- Modulun məqsədi
- Lazımi avadanlıq, alət və cihazlar
- İzahatlar, şəkillər, praktiki fəaliyyətlər
- Müəyyən olunmuş məqsədlərin qavranılma meyarının yoxlanılması
- Qiymətləndirmə sual və cavabları
Yuxarıda vərilən struktur elementlərindən, hansı modulda mövcud deyilsə, həmin material modul öyrənmə kitapçası kimi qəbul olunmur.
Modul tədrisin tətbiqində, tələbə özünə lazım olan möv­zuları əhatə edən modullardan istifadə edib, lazımi bilikləri alır, praktiki fəaliyyət proqramı ilə tədris olunmuş mövzunu real həyatda tətbiq edir.
Hər bir modul kitapçaları tələbənin ixtisasına uyğun mövzu və fəaliyyətləri əhatə edir. Tələbə ixtisasına uyğun modul ilə işləyəndə prob­lemli situasiyalarda müəllim və rəhbər müəllimdən məsləhət ala bilər. Bununla yanaşı, tələbələr modul daxilində praktiki fəaliyyətlərdə qrup halında işləyə bilər.
Modulun daxili quruluşuna nəzər yetirsək görərik ki:
- Modullar hər bir tələbənin istək, arzu, bilik və bacarıqları istiqamətində tərtib olunur.
- Fərdi öyrənmə və tətbiq etmə qaydasına uyğun hazırlanır. Mövzuların seçimi tələbə əsaslanır.
- Proqramın quruluşu fərdi bacarıqlara görə dəyişə bilər.
- Tədris və təlim anlayışlarına fərqli bir baxış verir.
- Əyani və qiyabi təhsil arasında keçidlərə tam imkan verir.
- Hazırlanmış modullar kompüter ilə tədris, məsafədən təhsil kimi fərqli tətbiqlərin istifadəsinə geniş şərait yaradır.
- Modul öyrənmə proqramı, məşğulluqdan əvvəl və yaxud məşğulluq daxilində tətbiq oluna bilər.
- Fərqli vaxt və vəziyyətlərdə verilən təhsil və təlimlərin yekun nəticələrində sertifikat və yaxud diplom verilmə prosesinin dəyərləndirmə meyarlarlarında şəffaflığı təmin ədir. Modullar texniki peşə təhsil və təlimində, hazır məşğulluq ilə təmin olunmuş insanların ixtisaslarını artırmaqda, iş başında öyrənmə və öz özünə təhsil imkanı verir. Sistemin əhatəsini genişləndirir, məşğulluq ilə təhsil arasındakı əlaqələri gücləndirir, peşə keyfiyyət və standartlarını genişləndirir.
Təhsil sisteminin qurulması, tətbiq olunması, davam etdirilməsi kimi fəaliyyətlər təkcə təhsil işçilərinin yox, sistemin hədəf  məqsədi olan tələbələrin də vəzifəsidir. Modul sistem ilə tətbiq olunan proqramlarda tələbələrin aktivliyi nəzərdə tutulur, öyrənmə fəaliyyətinin metod və istiqaməti tələbəyə tapşırılıb, son nəticədə özünü möv­zular barədə qiymətləndirmə, biliklərini yoxlama yenə də tələbənin öhdəliyindədir. Modul sistemin yaradıcısı “skinner” öyrənmə probleminin mövcud dərsliklərin düzgün quruluşa malik olmadığını səbəb göstərib. Öz-özünə öyrənmə proqramı olan modul sistemini məsləhət görmüşdür. Modul sistemdə tələbəyə hədəflər göstərilib, məqsədlər istiqamətində düzgün və sürətli necə öyrənilmənin yolları aydın izah olunmuşdur.
Müəllim öyrənmə prosesində əvvəlcədən müəyyən olunmuş mövzular istiqamətində tələbənin mövzuları sərbəst olaraq öyrənməsini tələb edir. Bu modelin prinsipləri kimi:
- Modul sistemdə ixtisas ilə əlaqəli mövzular hazırlanarkən əsl məqsəd, tələbənin modulu qurtarandan sonra əldə edəcəyi bilik və bacarıqların adi həyatda tətbiqinin nəticələrini yoxlama və qiymətləndirmə üsulları ilə müvəffəqiyyətləri qeydiyyata alına bilən olmalıdır.
- Hər bir modulun quruluşu bəsit bilik və bacarıq­lardan mürəkkəb məsələlərə yönəlik hazırlanmalı, mövzular arası keçidlər tələbə müvəffəqiyyəti ilə nəticələnməlidir.
- Modul sistemdə modullar ilə tələbə arasında aktiv bir rabitə, kommunikasiya vardır. Tələbəyə mövzular ilə əlaqəli bilik və bacarıqlar verilir, davamında daim sorğu və suallar ilə öyrənmənin nəticələri nəzarət altında saxlanılır. Hər bir fəslin sonunda tələbə özünü sınaqdan keçirir.
- Tələbə modul sistem­də, istiqamətinin, biliklə­rinin düzgün olub-olmaması barədə dərhal nəticəyə gələ bilir. Növbəti fəsilə keçidin açarı hal hazırda keçilən fəslin suallarına verilən cavablar ilə mümkündür. Cavablar səhvdirsə, həmin fəsil tələbəyə yenidən tədris və təlim edilməlidir.
- Tələbənin öyrənmə və öyrəndiyini tətbiq etməsi özündən asılıdır. Modul proq­ramın vaxtı tələbənin nəzarəti altında olur. Modul sistemi tez qurtaran hər bir tələbə pillələrdən sürətlə keçir, həyata daha tez hazır olur.
- Hər bir fəslin axrında vərilən suallar, həmin fəslin tələbə tərəfindən dərindən öyrənildiyini, düz olan cavabların, sonrakı fəsilə hazır olduğunun göstəricisidir. Səhv olan cavablar ilə əlqəli mövzulara yenidən qayıdır, bilikləri bir də nəzərdən keçirir. Bu proses düzgün cavablar verilənə kimi davam edir.
- Hər bir modulun sonunda dəyərləndirmə suallarına vərilən cavabların düzlüyü ilə tələbə modulu yekunlaşdırır. Tam düzgün verilən cavablar ilə tələbə modulu müvəffəqiyyət ilə qurtarır. Modulda nəzərdə tutulmuş bilik və bacarıqlara yiyələnir.


Tarix: 10-07-2019, 13:21

Xəbəri paylaş