Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Alternativ enerji” mövzusunda tədbirlər

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.
Layihə çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
  Mövzunun seçilməsinin əsas məqsədi şagirdlərin diqqətini alternativ enerji mənbələrinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdir. Bakı şəhərinin 12 inzibati rayonunun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən “Alternativ enerji” möv­zusu üzrə elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilir, araşdırmalar aparılır. Bundan başqa, məktəblilərin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi, Pirallahı Günəş Enerjisi Stansiyası, Qobustandakı dünyada ilk Günəş, Külək, Bioqaz, Hibrid elektrik stansiyasına ekskursiyaları da təşkil edilib.


Tarix: 8-05-2017, 11:38

Xəbəri paylaş