Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Əbədiyaşar lider

 
Ədalət HÜSEYNOV, 
Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti, 
qabaqcıl maarif xadimi 


"Hər bir xalqın tarixində elə şəxsiyyətlər olub ki, onun adı əbədi olaraq şanlı tariximizə qızıl hərflərlə yazılıb. Dünya miqyaslı siyasi xadim, Azərbaycanın simvoluna çevrilmiş Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Məhz elə buna görə də Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə gözlərimiz önündə dərhal Azərbaycan canlanır. Bu iki məfhumu - Azərbaycan və Heydər Əliyevi bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir". Bu fikirlər Ağcabədi Rayon Təhsil Şöbəsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə səslənib. Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri İsmayıl Həsənov ulu öndərin ölkəmiz qarşısında misilsiz xidmətlərindən danışaraq umummilli liderin Azərbaycan müəllimlərinə, mədəniyyət, incəsənət xadimlərinə göstərdiyi diqqətdən, ölkəmizdə elm və təhsilin inkişafına hərtərəfli qayğısından söz açıb. Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Vətən təəssübkeşliyi, xalq sevgisi ulu öndərin həyat yolu və amalı idi. Buna görə də Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Nəsillərə örnək olan Heydər Əliyev dühası, siyasəti Azərbaycanın inkişafının, beynəlxalq aləmdə nüfuz qazanmasının başlıca təminatıdır. İ.Həsənov qeyd edib ki, ulu öndərin gördüyü nəhəng işlər ölkəmizin dünya miq­yasında şöhrətini artırmış, ona böyük nüfuz qazandırmışdır.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin metodisti, qabaqcıl maarif xadimi Ədalət Hüseynov Azərbaycan dövlətinin memarı, qurucusu ulu öndər Heydər Əliyevin anım gününün yalnız Azərbaycanda deyil, digər ölkələrdə də qeyd olunduğunu deyib. Bu bir daha ulu öndərin xatirəsinə sonsuz hörmət və ehtiramın bariz nümunəsidir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünki gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu isə azərbaycançılıq ideologiyasıdır. Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq məfkurəsi xüsusi yer tutmuşdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan inkişaf etmiş və sivil dövlətlər səviyyəsinə çatmışdır. Ümumiyyətlə, Azərbaycanın müasir siyasi, iqtisadi, sosial, mədəni həyatında, beynəlxalq sahədə əldə edilmiş nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu.
Daha sonra çıxış edənlər C.Quliyev adına Təzəkənd tam orta məktəbinin direktoru Mürşüd Quliyev, C.İbrahimov adına şəhər 8 nömrəli tam orta məktəbinin direktoru Anar Qasımov ulu öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, ümummilli liderin siyasi kursunun uğurlu nəticələrindən geniş bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, məhz Heydər Əliyevin ardıcıl olaraq yeritdiyi düşünülmüş, məqsədyönlü daxili və xarici siyasətin nəticəsində ölkəmizin bugünki davamlı inkişafının əsası təmin olunmuşdur. Bünövrəsi ulu öndərimiz tərəfindən qoyulmuş müasir Azərbaycan dövləti əsrlər boyu yaşayacaq.
Tədbirin sonunda rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək bildirib ki, hər bir xalq beynəlxalq aləmdə öz görkəmli siyasi xadimləri ilə tanınır, mənsub olduğu xalqın böyük hörmət, ehtiram və məhəbbətini qazanaraq qəlblərdə əbədi yaşayır. “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Bütün bunlara görə hələ öz sağlığında xalqın ümummilli lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Çünki keçdiyi şanlı həyat yolunda xalqımıza böyük xoşbəxtlik bəxş etmiş, millətimizin dünya xaqları arasında şöhrətini yüksəltmişdir.
Umummilli lider millətin, xalqın bugünki və gələcək inkişafını təhsildə görürdü. "Təhsil millətin gələcəyidir" deyən ulu öndər hər il minlərlə azərbaycanlı tələbənin xarici ölkələrin ali təhsil müəssisələrində oxumağa göndərilməsi və onların yüksəkixtisaslı mütəxəssislər kimi yetişməsinə hərtərəfli diqqət və qayğı göstərirdi. Ulu öndərin keçdiyi həyat yolu xalqımızı xoşbəxtliyə aparan bir yoldur. Nə qədər ki, xalqımız var, ulu öndər xalqımızın qəlbində əbədi yaşayacaq.


Tarix: 10-01-2019, 14:43

Xəbəri paylaş