Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil nazirinin müavini Firudin Qurbanov Qazi Universitetinin nümayəndə heyəti ilə görüşüb

 

Təhsil nazirinin müavini Firudin Qurbanov Qazi Universiteti İncəsənət kafedrasının müdiri Alev Çakmakoğlu Kurunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir müavini qonaqları salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Firudin Qurbanov Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümündə Qazi Universitetində, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Anadoludan Qafqaza ermənilərin həyata keçirdiyi mədəni soyqırım” mövzusunda konfransın və “Duyulmayan çığlık Hocalı” beynəlxalq sərginin təşkil edilməsinə, Türkiyə və digər ölkələrdə Qarabağla bağlı davamlı tədbirlərə, o cümlədən sərgidə nümayiş olunan əsərlərin Azərbaycan Respublikasına hədiyyə edildiyinə görə Alev Kuruya minnətdarlığını bildirib.
Qonaq Azərbaycan-Türkiyə dostluq münasibətlərinin sarsılmaz olduğunu qeyd edib. Həmçinin, səfərin təşkilində göstərilən dəstəyə və fəxri professor adı ilə təltif edildiyinə görə Təhsil Nazirliyinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təşəkkürünü bildirib.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Səfər çərçivəsində Quba rayonunda olan Türkiyə nümayəndə heyəti Heydər Əliyev Mərkəzi, Quba Soyqırımı Memorial Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Xalçaçılıq emalatxanası və digər tarixi yerləri ziyarət edib.
   


Tarix: 12-11-2018, 15:45

Xəbəri paylaş