Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bu körpü fizikanın bütün qanunlarını alt-üst edir

 

Texnologiya inkişaf etdikcə, yer üzündə inşa edilən nəhəng və təəccüblü binaların, yolların, körpülərin sayı artır. Mühəndislərin dahi fikirlərinin nəticəsi olaraq, ərsəyə gələn unikal nümunələrdən biri də 2002-ci ildə inşa edilən Niderlandın materik hissəsi ilə süni Flevoland adasını birləşdirən bu körpüdür.
Körpünün layihəsi üzərində müxtəlif müzakirələr gedib. İdeya ondan ibarət idi ki, körpü həm sualtı, həm də yerüstü nəqliyyatın hərəkətini bərabər şəkildə ləngimədən təmin edə bilsin. Valehedici qərar qəbul olundu. Məşhur "Su körpüsü" layihəsi həyata keçirildi. Layihədə piyadaları da unutmayan mühəndislər onların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün körpünün kənarlarında xüsusi səkilər qoyublar.
  Bu gün 3 metr dərinlikdə olan körpüdən gün ərzində 28 mindən çox avtomobil keçir. Qa­yıqlar isə körpünün üstündəki sularda təhlükəsiz şəkildə hərəkət edir.


Tarix: 6-02-2018, 13:13

Xəbəri paylaş