Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tələbələrin təqaüdləri artırıldı - SƏRƏNCAM



Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə Sərəncam imzalayıb.
Sənədə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına verilən təqaüdlərin məbləği 2025-ci il sentyabrın 1-dən etibarən artırılacaq.
Belə ki, doktorantura səviyyəsində təhsil alanlar üçün elmlər doktoru hazırlığı üzrə təqaüdün məbləği 450 manat (əvvəl 400 manat), fəlsəfə doktoru hazırlığı üzrə isə 300 manat (əvvəl 240 manat) müəyyən edilib.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil alan tələbələrdən akademik göstəriciləri 91–100 bal arası olanlara 240 manat, 71–90 bal arası olanlara 180 manat, 51–70 bal arası olanlara isə 120 manat təqaüd veriləcək.
Bakalavriat səviyyəsində (o cümlədən əsas (baza ali) tibb təhsili) təhsil alan tələbələr üçün bu məbləğlər müvafiq olaraq 91–100 bal üçün 200 manat, 71–90 bal üçün 160 manat, 51–70 bal üçün isə 110 manat olacaq.
Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrdən 91–100 bal toplayanlara 110 manat, 71–90 bal arası nəticə göstərənlərə 90 manat, 51–70 bal arası olanlara isə 70 manat məbləğində təqaüd ayrılacaq.
Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsində qiyməti “5” (91–100 bal) olan tələbələrə 110 manat, qiymətləri “4” və “5” (71–100 bal) olanlara 90 manat, qiymətləri “3”–“5” (51–100 bal) olanlara isə 70 manat təqaüd ödəniləcək.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Tarix: 24-07-2025, 18:00

Xəbəri paylaş