Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Emin Əmrullayev: Qızların təhsilinə dəstək ən yaxşı investisiyadır



"Anaların təhsili cəmiyyətin təhsilli olmasına və ümumiyyətlə təhsil sisteminin keyfiyyətinin yaxşılaşmasına təsir göstərən hərəkətverici amillərdən biridir. Bu nöqteyi-nəzərdən qızlarımızın daha təhsilli olması cəmiyyətimizin də gələcəkdə daha da inkişaf etmiş bir cəmiyyətə çevrilməsində vacib məqamdır".
Bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, qadınların təhsilli olması təkcə onların özləri, şəxsləri üçün deyil, bütövlükdə ölkənin təhsil sisteminə müsbət təsir göstərən bir amildir. 
Nazir həmçinin “Gənc Qızların Təhsilinə Dəstək” layihəsində maliyyə dəstəyi göstərən özəl sektor təmsilçilərinə və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya təşəkkür edib. 
O əlavə edib ki, kiçik, ya da böyük olmasından asılı olmayaraq, bu layihədə maliyyə dəstəyinin mahiyyəti önəmlidir və dəyərlidir.
"Əminəm ki, gənc qızların təhsilinə dəstək gələcəkdə biznes qurumları üçün ən yaxşı geridönüşü olan investisiya rolunu oynayacaq. Bu gün auditoriyalarda tələbə kimi əyləşən gənc xanımlar bir neçə il sonra müxtəlif sahələrdə ən aparıcı mütəxəssislərə çevriləcəklər", - deyə Emin Əmrullayev bildirib.


Tarix: 14-10-2024, 21:35

Xəbəri paylaş