Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar



23-28 iyun tarixlərində Albaniyanın Tirana şəhərində Yeniyetmələrin 27-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.
Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 4 bürünc medal qazanıblar. 
Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın VIII sinif şagirdi Davud Tarverdili gümüş, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin VIII sinif şagirdi Rəfiqə Qəmbərova, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Aqşin Novruzov, həmin liseyin VIII sinif şagirdləri Fərhad Hüseynov və Tural Müseyibzadə bürünc medal qazanıblar. 
Qeyd edək ki, şagirdlərimiz sözügedən olimpiadada 2010-cu ildən iştirak edirlər. Bu günə kimi 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla ümumilikdə 54 medal əldə edilib.



Tarix: 2-07-2023, 13:39

Xəbəri paylaş