Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev  28 aprel 2023-cü il tarixində Qusar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak edə bilərlər.
 
Adları çəkilən rayonların sakinləri 19 aprel 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.


Tarix: 10-04-2023, 21:33

Xəbəri paylaş