Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək






Elm və təhsil naziri Emin Əmrullayev fevralın 24-də Yevlax şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir sakinləri iştirak edə bilərlər.
Həmin şəhər və rayonların sakinləri fevralın 16-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin çağrı mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytına elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.


Tarix: 8-02-2023, 16:22

Xəbəri paylaş