Beynəlxalq elm olimpiadasından 6 medal
Kolumbiyanın Boqota şəhərində Yeniyetmələrin 19-cu Beynəlxalq Elm Olimpiadası (IJSO 2022) keçirilib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, olimpiadada ölkəmizi təmsil edən komandanın bütün üzvləri uğurlu nəticə göstəriblər. Komandamız 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb. Komandanın üzvlərindən İbrahim Valehli (Kaspi liseyi) və Sadiq Manafov (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi) gümüş medal qazanıb. Digər üzvlər – Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Selcan Şəfizadə, Kimya, biologiya təmayüllü respublika liseyindən Aydan Qəmbərova, Murad Xəlilzadə və Rəsul Ağakişiyev bürünc medala layiq görülüblər.
Tarix: 13-12-2022, 15:04
Xəbəri paylaş