Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sentyabrda 248 nəfərin diplomu tanınıb



Təhsildə Keyfiyyət Təminatı Agentliyi sentyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Belə ki, sentyabr ayı üzrə 310 müraciətçinin 248-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
 
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.
 
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 98, Türkiyədən 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarus Respublikasından 14, digər ölkələrdən isə 30 müraciətin olduğu müşahidə olunur.
 
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.
 
Sənədlərə ortalama baxılma müddəti 18 gün təşkil edib.
 
Qeyd edək ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.tanınma.az  keçidinə daxil ola bilərlər.





Tarix: 7-10-2022, 17:44

Xəbəri paylaş