102 tələbəyə Prezident təqaüdü veriləcək
Ölkə Prezidenti cənab İlham Əliyev “2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ölkəmizin ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
https://president.az/az/articles/view/57449
Tarix: 3-10-2022, 15:54
Xəbəri paylaş