Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məlumat:Ali məktəblərə qeydiyyatla bağlı çətinlik yarandıqda vətəndaşlar müxtəlif xidmətlərdən yararlana bilərlər







Ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi davam edir.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olan vətəndaşlar qeydiyyatla bağlı çətinlik yaşadıqları halda aşağıdakı xidmətlərdən yararlana bilərlər:
-Elm və Təhsil Nazirliyinin vatsap xidməti: +994-51-206-78-48;
-Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi: 146-6;
- 5 və 7 saylı Bakı, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri,
- Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi.
Xatırladaq ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 12-si saat 23:59-da yekunlaşacaq. Abituriyentlər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.


Tarix: 3-09-2022, 23:29

Xəbəri paylaş