Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
4-9 may 2022-ci il tarixlərində Kiprin Aqros şəhərində 39-cu Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.
6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 2 gümüş, və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X və XI sinif şagirdləri Cəlil Hüseynov və Toğrul Abbasov gümüş medal, həmin liseyin X sinif şagirdi Fidan Qarayeva, liseyin XI sinif şagirdi Amin Cəfərzadə və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə isə bürünc medal qazanıb.
Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 16 gümüş, və 35 bürünc medal qazanıb.
Tarix: 10-05-2022, 15:03
Xəbəri paylaş