Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəblilərimiz Avropa riyaziyyat kubokunda uğurla çıxış edib





Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nəticələrə əsasən, 4 məktəbli II dərəcəli, 3 məktəbli isə III dərəcəli diploma layiq görülüb. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Cəlil Hüseynov, Fidan Qarayeva, XI sinif şagirdi Toğrul Abbasov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Fidan Cəfərli II dərəcəli, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Anar Mehdiyev, XI sinif şagirdləri Muhamməd Nuriyev, Amin Cəfərzadə və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə III dərəcəli diplom qazanıb.


Tarix: 5-05-2022, 20:30

Xəbəri paylaş