Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UŞAQLARDA QƏZƏB ANININ İDARƏ EDİLMƏSİ


 
Afaq CABBAROVA 
Bakı şəhəri 276 nömrəli tam orta 
məktəbin psixoloqu
 
QƏZƏBLƏNDİYİN  ZAMAN NƏ EDƏ BİLƏRSƏN?
Dur,  dərin   bir  nəfəs  al   və  sakitləş.
Aşağıdakı  düşünmə   mərhələlərindən  istifadə et!
1. Əvvəlcə,  səni  nəyin   qəzəbləndirdiyini  ayırd et.
2. Bədənində  ortaya  çıxan   dəyişiklikləri idarə et.
3. Diqqətini olduğun vəziyyətə yönəlt (keçmişdə   baş verənləri  düşünmə).
4. Qarşındakı insanın  sənə  dediklərini   eşit.
5. Onun  duyğularını başa düşməyə çalış.
6. Duyğularını  “Mən  dili”   ilə  ifadə  et.
 
UŞAQLAR NƏLƏRƏ ƏSƏBİLƏŞİRLƏR?
KÖRPƏLƏR   (0 - 18 AY)
Aclıq, yüksək səs, yaxud da yor­ğunluq  kimi onları narahat edən  bir vəziyyət olduqda əsəbiləşirlər. Bu duyğularını  ağlayaraq göstərirlər.  
TƏZƏ   YERİMƏYƏ  BAŞLAYAN  KÖRPƏLƏR   (18 - 36  AY)
Asanlıqla əsəbiləşə bilirlər. Çünki:
1. Özlərini  dünyanın  mərkəzində   görürlər  və  istədiklərini   əldə  etmədiklərində sanki ümidləri boşa çıxır.
2.  Əşyalarını   bö­lüşmək onlar  üçün  çox   çətindir.
3. Əşyalarına qarşı güclü  sahiblik  (bu   mənimdir)  duyğusu  vardır.
4. Hələ çox  sözləri  bilmədikləri   üçün  o qədər də yaxşı  danışa   bilmirlər və  insanlar  onları   başa  düşmədiklərində  məyus   olur  və  əsəbiləşirlər.
5. Duyğularına  nəzarət  etməkdə   çətinlik  çəkirlər.  Hirsləndiklərini  əsəb impulsları ilə  göstərirlər.
MƏKTƏBƏQƏDƏR DÖVR 
(3 - 5 YAŞ)
1. Duyğularına  nəzarət  edə   bilmədikləri  üçün  əsəbiləşirlər.
2. Sıxıldıqlarında və əsəbiləşdiklərində   özlərini  ifadə  etməkdə   çətinlik  çəkirlər.
3. Bölüşməyi  öyrənmə  mərhələsindədirlər.
4. Başqalarının  fərqli  düşüncələrinin  ola   biləcəyini  başa  düşməkdə   çətinlik  çəkərlər.
5. Hirsləndiklərini əsəb impulsları və aqressiv davranışlarla  göstərirlər.
6 - 8   YAŞ  ARASI  UŞAQLAR
1. Ədalətli  olmadığını  düşündükləri   bir  şey  olduqda,   rədd  edildiklərində,  cəzalandırıldıqlarında,  ayrı-seçkilik   edildiyində  və  səhv   başa  düşüldüklərində  əsəbiləşirlər.
2. Başqalarına hədə-qorxu gələrək, onlara   fiziki şiddət tətbiq edərək   və  qarşısındakını  incidəcək   sözlər  söyləyərək əsəbiləşdiklərini  göstərirlər.
UŞAQLARIN QƏZƏBLƏNMƏ VƏ DALAŞMA HALLARINDA   
VALİDEYNLƏR NECƏ MÜDAXİLƏ ETMƏLİ?
1. Dava  edən  uşaqları   ayırın.
2. Uşaqların  sakitləşmələrinə kömək edin.
3. Əsəbləşdikləri mövzunun səbəbini düşün­mələrini təmin edin.
4. Uşaqlara başqa  yoldaşının  (yoldaşlarının)  hiss və duyğularını başa düşmələri üçün  kömək edin.
5. Uşaqlara baş verən hadisə ilə bağlı nə hiss etdiklərinizi danışın.
6. Onlara  bu hadisənin ən  yaxşı həlli yolunu  tapmaları   mövzusunda  dəstək  olun.
7. Şiddətə baş vurmadan baş verən hadisəni həll etdiklərində  onları mükafatlandırın.
8. Uşaqlara  əsəbləşməyin  təbii   bir  hiss  olduğunu,   lakin başqalarına  zərər  verməyin   qəbuledilməz  olduğunu  deyin.
UŞAQLARA QƏZƏBLƏNDİKLƏRİNİ  İFADƏ ETMƏLƏRİ İÇİNƏ 
ATMAMALARI ÜÇÜN NECƏ  KÖMƏK EDƏ BİLƏRİK?
Nümunələr:
- Uşaqlarınıza  fərqli  duyğuları   və  bunlara  yol   açan  halları aşılamaq  üçün   müxtəlif  üz  ifadələrindən   istifadə  edin.
- Qəzəbləndiklərində  bədənlərində  meydana   gələn  dəyişiklikləri  görə bilmələrini təmin edin  (tərləmə,   ürək  döyüntüsünün  güclənməsi,   titrəmə,  sürətli  nəfəs alıb-vermə,  üzünün   qızarması  və  s.)
- İnsanlar  və  hadisələrlə   bağlı  hiss və duyğuların  hər   zaman  kəlmələrlə ifadə  etmələrinin   əhəmiyyətini  deyin  (Həyatda   bir  çox  xoşbəxt   anlar vardır. Sanki  günəş  içinə   girmiş  və  ətrafındakı   hər  şeyi par-par işıqlandırır kimi hiss edirsən.  Bu  möhtəşəm   bir  hissdir). <http://www.tubitak.gov.tr/tubitak> content  files//populer/erkencocukluk/3-6 Yas/313 ornek2 b.jpg
- Qarşıdurma  və  döyüş   ehtiva  edən  xəyali   bir  vəziyyət  yaradın.   Oyuncaq  və  peluş   kuklalardan istifadə  edərək  hadisə   və  hissedilən  duyğular   haqqında  danışın.
BİR NÜMUNƏ OLARAQ ÖYRƏTMƏ
Etmələrini istəmirik Sənə neçə  dəfə  dedim   bacını  vurma!.. Siz  də   etməyin Amma  sən  də   məni  vurursan...           
Uşaqlar  etdiklərinin böyük bir qismini  təqlid   edərək  öyrənirlər.
1. Uşaqlar  təqlid və  müşahidə   edərək  öyrənirlər.
2. Bu baxımdan onlara positiv nümunə  olmaq çox vacibdir.
Necə?
1. Hirsləndiyin,  əsəbiləşdiyin, yaxud  da   sadəcə  olaraq  yorğun   olduğun  zamanları öz-özlüyündə müəyyən et.
2. Stress  və  əsəblərini   necə  kontrol altında tutacağını öyrən.
3. Hiss və düşüncələrini başqa insanlarla hörmət   çərçivəsi  içində  bölüş.
4. Problemlərini  və  yaşadığın anlaşılmazlıqları  şiddətə baş vurmadan danışaraq  həll   et.
5. Bir  problem   və  həlli  haqqında   uşağının  eşidəcəyi  səs   tonu  ilə  öz-özünə   danış.
 
QARŞIDURMALAR NECƏ HƏLL OLUNUR? 
İDEAL MODEL
1. Problemi və bu problemdən doğan münaqişədə iştirak edən insanların hiss və duyğularını  TƏYİN  ET.
2. Alternativ  həll  yolları   MÜƏYYƏN  ET.
3. Bu həll yollarını DƏYƏRLƏNDİR (GÖTÜR-QOY ET).
4. Seçilən ən uyğun həll yolunu TƏTBİQ  ET.
5. Qarşıdurmanı  həll  edərkən -   bunu  bir  təcrübə   olaraq  düşün - nə  etdiyini   ÖYRƏN.
 
NİZAM-İNTİZAM VƏ CƏZA
Nizam-intizam  faktı   “Uşaqlar  özlərini yaxşı  hiss edərlərsə, daha  yaxşı   davranırlar” fikrinə  əsaslanır. Məqsəd  uşaqlara  yaş   səviyyələrinə uyğun müsbət davranışlar öyrətməkdir.
Nizam-intizam  uşaqların:
1. Sakit  olmalarını
2. Problemləri  həll  etmələrini
3. Qəzəblənmə hallarını idarə etmələrini
4. Duyğularına nəzarət  etmələrini  və
5. Onlardan  istənilənləri (tələb olunanları) öyrənməyə  imkan  verən   bir  proses və ya mexanizmdir.
Cəza:  uşaqların   necə davranacaqlarını öyrənmələri üçün   onların özlərini pis hiss etmələri, canlarının  yanması,   utandırılması,  yaxud  da   təhqir  olunaraq alçaldılması  düşüncəsinə   əsaslanır.
1. Davranış gücə  və   qorxutmağa  əsasən  kontrol   edilir.
2. Diqqət xətalı davranışa  toplanır.
3. Uşaqlara səhvlərini və ya xətalı davranışlarını gizlətməyi, ya da yalan danışmağı öyrədir.
4. Uşaqlara  davranışın  mənfi   nəticələrinin   məsuliyyətindən  qaçma  yollarını   və  rüşvət  almağı  öyrədir.
 
EFFEKTİV NİZAM-İNTİZAM  ÜÇÜN TƏKLİFLƏR
- Realist  olun  və   uşağın  uşaq  kimi   davranmalı olduğunu  unutmayın.
- Davranışları  mövzusunda  vacib,   lakin sadə bir  neçə  qayda   müəyyən  edin  və   bunları  müəyyən  aralıqlarla   uşağınıza  izah edin.
- Uşağınıza  necə  davranması haqqında sizin nə istədiyinizi  onun  başa   düşə  biləcəyi  şəkildə   izah edin.
- Siz özünüz qəzəb anında ona  necə  nəzarət   etdiyinizi  göstərin.
- Uşağınıza  nizam-intizamı  şiddətə baş vuraraq deyil,  danışaraq   tətbiq  edin  və   positiv nizam-intizam   üslublarından  istifadə  edin.
- Uşağınız  səhv  hərəkət etdiyində  onu   təhqir  etməyin.
 
YAŞ SƏVİYYƏSİNƏ GÖRƏ QƏBULOLUNAN
NİZAM - İNTİZAM
Uşaqlarınıza  tətbiq   etdiyiniz nizam-intizam  qaydaları onların  yaşlarına  və  inkişaf  səviyyələrinə   uyğun  olmalıdır.
0 - 3  yaş
- Uşaqlarınızı  daim  müşahidə   altında tutaraq nəzarətdə saxlayın.
- Səhv  bir   şey  edirsə,  onu   sakit  və qəti bir  dillə   saxlayın.
- Uşağınızın diqqətini  başqa bir tərəfə  çəkin.
3 - 8  yaş
- Müəyyən  fasilələrlə qoyduğunuz  qanun-qaydaları və  uşağınızın   davranışları  ilə  bağlı   ondan istədiklərinizi izah edin.
- Eyni  zamanda,   tək bir göstəriş (əmr) verin;   aydın və qəti  bir  səs   tonundan  istifadə  edin   və  uzatmayın.
- Uşaq  üçün   təhlükə  ehtiva  etməyən   davranışları  görməməzliyə vurun.
 
UŞAQLARIN DİQQƏTİNİ BAŞQA ŞEYLƏRLƏ DAĞIDIN!
- Şərt bildirən cümlələrdən hədələmə şəklində istifadə   etməyin.  Məsələn; “əgər ev tapşırıqlarını bitirməzsən, səni parka apar­ma­yacam”, ya  da   “əgər dişlərini fırçalamazsan, yatmazdan   əvvəl  sənə  nağıl   danışmayacam” kimi   ifadələrdən  uzaq durun.
- Uşağa sakitləşməsi  üçün  vaxt   verin. Hər  yaş  üçün ən az 1 dəqiqə vaxtdan  istifadə   edin  (Məsələn: 3 yaş üçün 3  dəqiqə   və  s.).
- Vaxtaşırı yavaş-yavaş  uşağı təkbaşına buraxın.
- Davranışlarından doğa biləcək nəticələri öyrədərkən  təbii və   məntiqli şeylər  deyin. Bu  söhbəti   xətalı davranışından dərhal   sonra  edin.  Məsələn;
1. Oyuncağını sındırsan, həmin   oyuncağın  eynisini bir daha ala  bilməzsən.
2. Divarları boyasan, onu təmizləməyə   məcbursan  (Əgər  bunu   etsən,  anan  xəstə   olur  kimi  mənfi və yanlış  ifadələrdən   qətiyyən  istifadə  etməyin). 
Uşağın yaşına uyğun, sahib olduğu haqqlarını əlindən alın.  Məsələn:
- 3 yaş: Qum hovuzunda  hər zaman dava edir.  Uşağı  parka   aparmağa  fasilə verin.
- 4 yaş:  Qardaşının  oyuncağını tualetə atdı. Onun oyuncaqları  ilə  oynamasını   qadağan  edin.
- 5 yaş: Qardaşına/bacısına tüpürdü. Yatmazdan   əvvəl  hekayə  oxumayın.
- 6 yaş:  Qardaşının  pazılını dağıtdı. Qardaşı  çöldə   oynayarkən  o,  evdə   qalsın.
- 7 yaş: Ana-atasına  cavab qaytardı. Ən çox sevdiyi televiziya  proqramını  izləməyə icazə verməyin.
 
MEDİANIN UŞAQLAR ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ
 
Televizor
- Aqressiv davranışa  səbəb ola  bilər.
- Uşaqları qorxuda  bilər.
- Şiddətdən  istifadə  edən   “qəhrəman rolundakı obrazlar”   təqdim  edər.
- Şiddəti  normal  bir   şey  kimi  göstərir.
- Yaradıcılığı zəiflədir.
- Başqaları  ilə  birbaşa   ünsiyyəti  azaldır.
- Xəyali  oyunların  (ev   qurmaq  kimi)  təsvir və təsəvvürü qabiliyyətini azaldır.
Video - kompüter  oyunları
- Mübarizə  apar,  ya   da  qaç  reaksiyasına   bağlı  stressə  səbəb   olur.
- Adrenalin  səviyyəsini  artırın.
- Həddindən  artıq  xəbərdarlıq   halı  əmələ  gətirir.
- Həddindən  artıq  həyəcana,   stressə  və  tükənmişlik   hissinə  səbəb  olur.
- Düşünmədən  reaksiya  verməyə   yol  açır.
- Dərin  düşüncə  kasadlığı   ortaya  çıxarır.
Xəbərlər
- Güvən  hissi  ortadan   qalxır.
- Hiss-duyğu baxımdan və sosial mənada xoş əhvali-ruhiyyə  itir.
- Göstərilənlərin səbəbləri  və  məntiqi   başadüşülməzdir.
- Görülən, yaxud eşidilən  şeylərin ən gözə çarpan tərəflətinə  diqqət  yetirilir.
- Bilinənlər ilə eşidilən və görülənlər arasında müxtəlif  əlaqələr   yaradılır.
 
UŞAQLARIN OYNADIQLARI  OYUNLARA VƏ İZLƏDİKLƏRİ  PROQRAMLARA
NƏZARƏT EDİN!
- 2  yaşdan   aşağı  uşaqların  televizor   izləməsinə  icazə  verməyin.
- Uşaqların  gün  ərzində TV, kompüter və video  oyunları   ilə  keçirdikləri  zamanı   məhdudlaşdırın.
- TV izləmələrinə, kompüter və video  oyunları oynamalarına ancaq ev tapşırıqlarını və evdəki vəzifələrini yerinə yetirdikdən sonra icazə  verin.
- TV,  kompüter   və  video  oyunlarını uşaq­ların  yatdıqları   otaqda  quraşdırmayın.  Beləliklə,   onları  kontrol edə  bilərsiniz.
- Uşaqlara nələri izləyə biləcəklərini,  yaxud nəyi oynaya  biləcəklərini səbəbləri  ilə birlikdə izah edin.
- Mümkün olduğu qədər uşaqlarınızla  birlikdə  TV   izləyin, yaxud  video  oyunu   oynamağa  çalışın.
- Onlara, izlədikləri  bir  proqramdan   qorxduqlarında,  yaxud başları  qarışdığında (yəni, bəzi şeylərdən əmin olmadıqlarında)  hər  zaman   sizinlə  danışa  biləcəklərini   deyin.
- Uşaqlarınıza  şiddəti  təbliğ   edən,  şiddəti  xatırladan   oyuncaqlar  almayın.
 
NÜMUNƏLƏRLƏ ÖYRƏTMƏ
- Öz-özünüzə  danışaraq, məsələn: “Həddindən artıq  şiddət  olduğu   üçün  bu  proq­ramı izləməyəcəyəm”, yaxud  da   “rol da olsa, insanların   bir-birlərini  incitmələrini  xoşlamıram”   deyərək  başqa  bir   kanala  çevirin.
- Uşağınızın  yanında  uyğun   olmayan, içində şiddət olan proqramları   izləməyin.
- Özünüzün də televizor izləmə  saatınıza bir  limit   qoyun.  Televizoru  daim   açıq  saxlamayın.
- Uşaqlarınıza  televizor,  kompüter   və  video  xaricində   də  bir  çox   əyləncəli  fəaliyyətlərin edilə  biləcəyini   göstərin.  Məsələn;  oyun   oynamaq,  kitab  oxumaq,   rəsm  çəkmək,  pazl   düzəltmək,  mahnı  oxumaq,   yaxud bir  musiqi  alətində   ifa  etmək  kimi...
 
MEDİA HAQQINDA UŞAQLARIN MƏLUMATLANDIRILMASI VACİB  OLAN FAKTLAR
Reallığa  qarşı   təxəyyül
Uşaqlarınıza televizorda gördüklərinin,  yaxud video - kompüter  oyunlarının real  deyil,   bir xəyal məhsulu olduğunu  deyin. Buralarda  istifadə  olunan silahın,  bıçağın,   yaxud güllələrin  real  olmadığını   vurğulayın.
Baş verə biləcək mümkün  nəticələr
Şiddətin  nəticələri   haqqında  danışın.  Məsələn;   bunları  deyə  bilərsiniz:   real  həyatda  şiddət insanların yaralanmasına, ağrı və əziyyət  çəkməsinə səbəb ola bilər. Dostlarımızla  münasibətimizin  pozulmasına və özümüzü  pis   hiss  etməyimizə  yol   açar.  İnsanları  qorxudur,   qəzəbləndirir  və  gözlənilənlərin olmaması səbəbiylə məyusluq yaradır. Həqiqi  silahlar  və   bıçaqlar insanları yaralayır,   yaxud  da  öldürür.
Qəhrəmanlar
Qəhrəmanlar, yaxşı  və pis insanlar haqqında  aşağıdakılara   bənzər  söhbətlər  edin:
- Televiziya ekranında izlədiyin  pis  adamlar   kimdir? Nə edirlər? Nə  üçün  başqa   adamlara  ziyan  verirlər?
- Televiziya ekranında izlədiyin yaxşı adamlar və qəhrəmanlar  kimlərdir?   Nə  edirlər?
- Sənin  ailəndə və ya ətrafında  yaxşı   insanlar və  yaxud  qəhrəmanlar   varmı?
- Bunlar  kimlərdir?   Nə  edirlər?  Bu   insanlarla  televiziya ekranında  gördüklərin  arasında   hər  hansı  bir fərq   varmı?
Uşaqlarınızla  doğru   qəhrəmanlar  haqqında  söhbətlər   edin.  Məsələn: real, həqiqi  qəhrəmanlar   qorxusuz, cəsur olanlar və   başqalarına  kömək  etmək   üçün  müsbət işlər görənlərdir.  Onlar  problemləri   həll  etmək  üçün   şiddətə əl atmazlar.
Qoyduğunuz  qaydaları   digər  məsuliyyət sahibi insanlara söyləyin
1. Mediadakı  şiddət  və   onun uşaqlar  üzərindəki təsirləri mövzusunda bildiklərinizi  digər  ailə   üzvləri  ilə,  qonşularınızla  və   dostlarınızla  paylaşın.
2. Qohumlarınıza və dayələrə televizor,   kompüter  və  video   oyunları  ilə  bağlı   qoyduğunuz  qaydaları  söyləyin.
3. Uşağınız  qohum və  yaxud dostlarının  evlərinə   getdikdə  media  ilə əlaqədar qoyduğunuz qaydaları  və   ondan gözlədiklərinizi onlara   da  deyin
 
0 - 18 AYLIQ UŞAĞIN DAVRANIŞLARI
Nümunə halı:
Ağlayan  uşaq
“4  aylıq   körpəm  dayanmadan ağlayır. Çox, amma çox yoruldum.  Aylardır  gecə yuxusuna həsrətəm  və   hələ  də  belə davam edir. Bax, bu  da   başqa  bir  dəhşətli   gecə:  ağlayan  bir   körpə  və  yuxusuzluq”.
Bunun səbəbi nədir? 
 Çünki   körpələr:
- Bir  şeylər   yanlış  edildiyində və  köməyə   ehtiyacları  olduğunda  ağlayırlar.
- Xəstə olduqlarında, acdıqlarında, üşüdüklərində,   altlarını  islatdıqlarında,  yorğun   olduqlarında,  yaxud  da   sakitləşə bilmədiklərində   ağlayırlar.
- Ətraflarında  tanımadıqları yad  adamlar olduğunda  qorxduqları   üçün  ağlaya bilərlər.
- Biri vəziyyəti ələ alıb, düzəldənə qədər, yaxud da   çox  yorulub əldən düşənə qədər  ağlayırlar.
- Bütün  körpələr  bir-birlərindən  fərqlidir.   Bəzi  körpələr  çox   ağladığı  halda, digərləri  isə   heç  ağlamazlar.  Bu   vəziyyət  isə  körpənin   şəxsiyyətinə  və  fiziologiyasına bağlıdır.
Unutmayın:  körpələr   valideynlərini, yaxud  da  dayələrini   qəzəbləndirmək və ya  əsəbləri ilə oynamaq üçün  ağlamazlar.
Yuxarıda  izah   edilən  vəziyyətlə  qarşılaşdıqlarında  böyüklər   nə  edə  bilərlər?
1. Körpənin  ağlamasına  səbəb   ola  biləcək  şeyləri bir-bir  nəzərdən   keçirin  (acmışmı,  altını kirlətmişmi və s.) və  nə   lazımdırsa,  edin.
2. Körpəni  rahatlaşdırın:  bu,   onu  ərköyün  etməz.   Körpələr  ağladığı  zaman   bu, onların özlərini təhlükəsiz hissetməyə,  toxunulmağa   və  şəfqətə  ehtiyaclarının  olduğu   mənasına  gəlir.
3. Ağlayan  bir  körpəni   əsla  cəzalandırmayın. Səbirli  olun. Sərt  reaksiyalar körpəni daha çox qorxutduğu  üçün bu vəziyyəti  pisləşdirir.
4. Körpəni əsla  silkələməyin. Bu  beynində   ciddi zədələrə, hətta ölümünə   səbəb ola  bilər. Bunun  əvəzinə ətrafda  gəzin, yaxud da bir  musiqi   açın.
5. Körpənizi  tanıyın. Bəzi  körpələr   sakitləşmək  üçün  səssizliyə   və  yarımqaranlıq mühitə  ehtiyac   duyduğu halda, bəziləri adamla dolu   və  səs-küylü yerdə  belə  yata  bilir.
Bütün  bunlar   heç  bir  fayda   verməmişsə,  nə  edə   bilərsiniz?
- Körpəni  sakitləşdirə  biləcək, ya da sadəcə  olaraq,   sizə  qulaq  asıb    dəstək  ola  biləcək   birindən  kömək  istəyə   bilərsiniz.
- Körpəni  təhlükəsiz  ola   biləcəyi  bir  yerdə   (yatdığında)  təkbaşına qoyun,  zəif  işığı   yandırıb,  qapını  bağlayın.   Bir  az  dincəlin.
            
18 - 36 AYLIQ UŞAĞIN DAVRANIŞLARI
Nümunə halı:
Təzə  yeriməyə   başlayan  uşağınız  marketdə
“Dükanda  oğlu   rəfdən  icazəsiz  şəkər   götürən  bir  ata,  oğluna,   bu  hərəkətin  səhv   olduğunu  və  əgər   bir  şey  istəyirsə,   mütləq  ataya soruşmalı olduğunu  deyir.  Uşaq   atasına  qulaq  asmaq   yerinə  ağlamağa,  qışqırmağa   və  atasına  vurmağa   başlayır.  Əsəb  impulsları   keçirərək  özünü  yerə   atır.”
Bu  nədən   baş verir?  Çünki  bu   yaşdakı  uşaqlar:
- Özlərini  dünyanın  mərkəzində   görürlər  və  hər   şeyin  həmin  dəqiqə   olmasını  istəyirlər.
- İstəklərinin  həyata keçməsi üçün  gözləməyə çətinlik çəkirlər. Çox asanlıqla  səbirləri  tükənir   və  əsəbiləşirlər.
- Hirs və hiddət kimi  duyğularına  nəzarət   etməyi bacarmazlar  və  necə   kontrol altında tutmalı olduqlarını   bilməzlər.
- Hələ hiss və istəklərini  ifadə  edəcək   sözlərdən  necə  istifadə   edəcəklərini bilmirlər, bunun əvəzinə əsəb impulslarından  istifadə   edirlər.
- Öz  gücləri   ilə  müstəqil  bir   fərd  olmaq  duyğusu   inkişaf  etməyə  başlayır   və  bəzən  bu   gücün son həddini yoxlayırlar.   Əksəriyyət halda  “Yox”  deyərlər   və  istədiklərini  əldə   edərlər.
- Cəmiyyət  içində necə davranmalı olduqlarını  yavaş-yavaş  öyrənməyə   başlayırlar.
Yuxarıda  verilən   hekayədə  böyüklər  nə   etməli?
- Sakitliyinizi qoruyub saxlayın və əsəb impulslarının  bu   yaşlarda  normal  olduğunu   xatırlayın.
- Uşağa sərt olmayan, lakin qərarlı bir  səs  tonu   ilə  onu  sakitləşdirəcək  bir   şey  deyin.
- Qətiyyən  fiziki  şiddətdən   istifadə etməyin. Çünki  bu,  uşağa   şiddətdən  istifadə  etməyi   öyrədir.
- Davranışını görməzdən gəlin və əsəb impulslarının  keçməsini   gözləyin.
- Uşağın  marağını başqa bir tərəfə  çəkin,   bu  bir  oyuncaq,   ya  da  kitab   ola  bilər.
Böyüklər  bu   vəziyyətlə  təkrar  qarşılaşmamaq   üçün  nə  edə   bilərlər?
a) Əgar insanlarla  dolu  bir   yerə  getməyə  məcbursunuzsa:
- Səbirli olun: uşaqlar  bu  dövrdə   cəmiyyət  içində necə davranmalı olduqlarını  öyrənirlər.
- Gəzintiləriniz  uzun çəkməsin  və   əsla  uşaq  ac,   yaxud  da  yorğunkən    gəzməyə  çıxmayın.
- Hər  zaman   yanınızda  oyuncaq  olsun   və  uşağı  əyləndirəcək   bir şey  edin.
b) Uşağı:
- Böyüklərin  olduğu  restoran,   teatr  və  xəstəxana   kimi  yerlərə  və   market  kimi  onu   əsəbiləşdirəcək məkanlara götürməkdən   mümkün  qədər uzaq durun.
c) Uşağınıza:
- İstədiklərini  nəzakətli  bir   dillə  ifadə  etməyi   və
- İcazə  verilən  davranışlar   və əşyalar  arasında  seçim   etməyi  öyrədin.
 
3 - 5   YAŞLI UŞAĞIN DAVRANIŞLARI
Nümunə halı:
Oyuncaq  üstündə dava
“4  yaşında   2  qız  uşağı   oyun  oynayırlar  və   olduqca  xoşbəxt  görünürlər.   Ayşəgül  qışqırana  qədər hər şey normal  idi. Birdən   Selin Ayşəgülün  saçını  var gücü ilə   dartmağa,  Ayşəgül isə qışqırmağa və yerə düşmüş  oyuncağını göstərərək  ağlamağa  başladı.”
Bunun səbəbi  nə ola bilər?  Çünki   bu  yaşdakı  uşaqlar:
1. Öz əşyalarını  və  oyuncaqlarını   bölüşməkdə çətinlik  çəkirlər.
2. Hələ hisslərinə  necə  nəzarət   edəcəklərini  bilmirlər.
3. Problemləri  həll  edəcək   uyğun  kəlmələrdən  istifadə   etməyi  öyrənmə  mərhələsindədirlər.
4. Ətraflarında  olan  insanları   və  baş verən hadisələri nəzarət altında saxlamaq  istəyirlər.
5. “Hadisələr  necə  baş verməlidir”  möv­zusunda   qərarsız  qaldıqları  zaman   əsəbiləşə  bilirlər.
6. Başqa  insanların  fərqli   düşüncələrinin  ola  biləcəyini   qəbul  etməkdə  çətinlik   çəkirlər.
Yuxarıda  izah   edilən  vəziyyətlə  qarşılaşdıqlarında  böyüklər   nə  edə  bilərlər?
- Sakit  olun:   qışqırmayın  və  fiziki   şiddət  tətbiq  etməyin.
- Savaşı  dayandırın  və   yaralanan  uşağa  yardım   edin.
- Aqressiv  davranan  uşağa   sakitləşməsi  üçün  vaxt verin.   Uşağın  yaşına  görə   hər  il  üçün   ən  çox  1   dəqiqə.
Hər  2   uşaq  sakitləşdiyində:
a) Uşaqlara  problemi  izah   edə  bilmələri  üçün, onların   başa  düşə  biləcəyi   bir  dillə  suallar   verin .
b) Dava-dalaşla  bağlı  hisslərini   ifadə  edə  bilmələri   üçün  onların  danışmasını   təmin  edin  və   bunun  üçün  suallar   verin.
c) Problemi  həll  etmək   üçün  şiddətdən istifadə etmədən  edə  biləcəkləri   ilə əlaqədar onlara  köməklik  edin.
d) Uşaqlara  qərarlı  və   aydın  bir  səs tonu ilə   başqalarına  zərər  verməyin   qəbul  edilməz  olduğunu   ifadə  edin.
e) Barışıb  oyuna  davam   etdikləri  zaman  onları   gözəl  sözlərlə  mükafatlandırın.
Böyüklər  bu   vəziyyətlə  təkrar  qarşılaşmamaq   üçün  nə  edə   bilərlər?
1. Uşaqları  oynaya  bilmələri   üçün  fərqli  oyuncaqlarla   təmin  edin.
2. Uşağın qətiyyən bölüşmək istəmədiyi oyuncağını   ortaya  çıxarmayın.
3. Uşağınıza,  dostlarının  getdiklərində ona  aid   oyuncaqları  götürməyəcəyini  izah   edin.
4. Gündəlik  həyatda  uşağınıza   bölüşməyi  öyrədin.
5. Bir  mübahisə/problem  ortaya   çıxarsa,  uşağınıza  hisslərini   ifadə  edəcək  kəlmələrdən   istifadə  etməsini  və   mübahisəyə  son  verəcək,   ya  da  problemi   həll  edəcək  fərqli   yollar  fikirləşməsini  öyrədin.
 
6 - 8 YAŞLI UŞAQ DAVRANIŞLARI
Nümunə halı:
Məktəbdə  despotluq
“Axır vaxtlar  Ebru  məktəbə   getmək  istəmir.  Ebru   8  yaşında  kilolu   və  utancaq  bir   uşaqdır. Məktəbdə,  başqa  uşaqların   ona  zərər  verdiklərini,   ona  ləqəb taxdıqlarını  və   onu  ələ  saldıqlarını   deyir.”
Belə vəziyyət nədən meydana çıxır?  Çünki:
1. Ebru    despotluq üçün  bir   qurbandır.
2. Özlərini  daha  vacib   və  daha  güclü   olduqlarını  düşünən  bəzi   uşaqlar  vardır ki, bunlar  daha   zəif  və  balaca   gördükləri  uşaqları  qorxudurlar.
3.  Despotluq yolu  ilə   bəzi  uşaqlar  başqalarının   üzərində  hökm  edərək, hakimlik quraraq hər  zaman   istədiklərini  əldə  edirlər.
Yuxarıda  bəhs   edilən  vəziyyətlə  qarşılaşdıqlarında  böyüklər   nə  edə  bilərlər?
1. Despotluq və  onun  nəticələrini   öyrənin:
-   Despotluq davamlı  olaraq   sözlü  və  ya   fiziki  olaraq qorxudub dərs verməkdən / təhdiddən  istifadə  edilməsidir,   evdə  və  ya   məktəbdə  böyüklərin  müşahidəsi   olmadığı  zaman  ortaya   çıxır.
- Despotluq güc  mövzusunda  bərabərsizlik   olduğu  zaman  ortaya   çıxır.  Daha  güclü   və  yaşca  böyük   uşaqlar  kiçik,  zəif   və  sosial  mühitdən   uzaqlaşmış  uşaqlara  zərər   verirlər.
- Despotluğun  qayğı,  utancaqlıq,   depressiya,  özünü aşağı görmək və itici olduğunu  düşünmək  kimi   nəticələri  vardır.
2. Əgər  uşağınız  despotluq   edən mövqedədirsə:
- Onunla  başqalarına  qarşı   niyə  zorba  davranması   haqqında  danışın.
- Bu  davranışın   nəticələrini  izah  edin   və  bəzi  haqqlarına   son  verin.
- Əgər  uşağınızın   bu  davranışını,  digər psixoloji  problemlər   də  müşayət  edirsə,   o  zaman  bir   mütəxəssisə  müraciət  edin.
- Məktəb  heyəti   ilə  kömək  ala   biləcəyiniz  mövzular  haqqında   danışın.
3. Uşağınız  despotluğa  məruz   qalırsa:
- Uşağınızla  yaşadığı  hadisə   qarşısında  nə  hisslər keçirdiyi  mövzusunda   şəfqətli  bir  şəkildə   danışın.
- Uşağınıza  bu  cür   vəziyyətlərdə  böyüklərdən  kömək   istəməyi  öyrədin.
- Onu  dava-dalaşa   cavab  verməməli  olduğuna   inandırın.
- Müəllimlər,  məktəb  idarəsi   və  rəhbərlik  xidməti   ilə  danışın  və   problemlə  maraqlanmalarını  təmin   edin.
4. Uşağınız  zorbalıq hallarına  şahid   olmuşsa:
- Yetişkin  bir  insana   xəbər  verməsinin  vacib   olduğunu  deyin.
- Uşağınıza  zorbalığa  məruz   qalan  bir  adamla   yaxşı  davranmalı  olduğunu   uzah  edin.
- Uşağınıza  əsla  bir despotluq edəni  dəstəkləməməli olduğunu  və   belə  bir  davranışa   heç  bir vaxt  pozitiv baxılmayacağını  izah   edin.
Yetkin  insanlar   despotluğa  necə  mane   ola  bilərlər?
1. Müsbət  nümunə  olun   və  əsla  bir   başqasına  hökm  etməyin.
2. Məktəbə,  qarşısının  alınması   cəhtlərinin  edilməsi  mövzusunda   tələblərinizi  çatdırın.
3. Məktəbdə  tətbiq  olunan   tədbir  proq­ramlarına  qatılın.
4. Məktəbdə  daima  böyüklər tərəfindən təftişin  təmin   edilməsi  üçün  məktəb   rəhbərliyi,  müəllimlər  və   rəhbərlik  xidməti  ilə   danışın.
 
VALİDEYN DAVRANIŞLARI
 
Demokratik  davranışlar:
Bu  qrupdakı   valideynlər  uşaqları  üçün   müxtəlif  məhdudiyyətlər qoyduqları kimi, eyni zamanda qoruyucu, məsuliyyət  sahibi   və  dəstəkləyicidirlər. Uşaqlarının  davranışlarına,  qaydaları   izah  edərək  səbəblərini   bildirərək  və  müzakirə   edərək  nəzarət  etməyə   çalışırlar.  Uşaqların  düşüncələrini   dinləyirlər,  lakin  bu  hər  zaman   onların  bu  düşüncələri   təsdiqlədiyi  mənasına  gəlmir.   Bu  şəkildə  böyüyən   uşaqlar:  dostcanlı,  enerjili,   özünə  inanan,  şən,   özünənəzarətə sahib,  hər şeylə maraqlanan,  əməkdaşlığa  açıq   və  diqqətləri müvəffəqiyyətə yönəlmiş olurlar.
 
Sərbəst / zəif  davranışlar:
Bu  qrupdakı   valideynlər  istiqanlıdırlar,  amma   ehmalkardırlar.  Məhdudiyyət  qoyma   və  davam  etdirmə,   uşaqlarının  davranışlarını  yaxından   izləmə  və  uşaqlarının   davranışlarına  uyğun  yetişmiş   insan  davranış yolu  sərgiləmə baxımından bacarıqlı  deyillər.
Bu  şəkildə   böyüyən  uşaqlar:  impulsiv,   üsyankar,  əngəl tanimayan,  təzyiqçi   və  davakardırlar.  Özünə  inam,  özünüidarə     və  istedad baxımdan  səviyyələri   aşağıdır.
 
Avtoritar - təzyiqçi  davranışlar:
Bu  valideynlər   davranışa  nəzarət  möv­zusunda   sərt,  dəyişməz  və   tələbkardırlar.  Onlar  həddən artıq   çox  qaydalar  qoyurlar.   Onlara itaət edilməsini və   səlahiyyətin onlarda olmasını   istəyirlər.  Uşaqların  davranışlarına  nəzarətdə   cəzalandırma  yolunu  seçirlər.   Bu  yolla  böyüyən   uşaqlar  əsəbi,  narahat,   ürkək,  pessimist,  bədbəxt,   asanlıqla  özündən çıxan,  soyuq, qaş-qabaqlı, stressli vəziyyətlərə  qarşı  dözümsüz   və  məqsədsizdirlər.
 
Laqeyd / rəddedici davranışlar:
Bu  tip   valideynlər  heç bir reaksiya  verməzlər və   onlara elinin yetişməsi qeyri-mümkündür, əksəriyyəti rəddedici  davranışlar   sərgiləyir.  Bu  şəkildə   böyüyən  uşaqlarda özünəhörmət və özünəinam  səviyyəsi aşağıdır,  hər   zaman  başqalarına  ehtiyac   duyarlar,  ailə  uşağa   nümunə  olmadığı  üçün   uşaq başqalarından  özünə nümunə götürür.
Bu  sənəd   Amerika  Psixoloji  Assosiasiyası (APA) tərəfindən dəstəklənən ACT  proq­ramının  broşuralarından  eyniylə   tərcümə edilərək  hazırlanmışdır.  
<http://actagainstviolence.apa.org/>
 
Türk  dilinə   tərcümə  edən: 
ŞƏRMİN  PINAR   YOGEV
Məqaləni Azərbaycan dilinə
 tərcümə etdiyinə görə müəllifə 
təşəkkür edirik 


Tarix: 8-07-2021, 17:08

Xəbəri paylaş