Təlimdə şifahi nitq bacarıq və vərdişlərinin inkişaf etdirilməsi təcrübəsindən
Fərqanə ƏHMƏDOVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
Əcnəbi dillər kafedrasının müəllimi, “Kanal F5”-in təsisçisi və direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm" media mükafatı laureatı
Müasir dövrdə cəmiyyətin inkişafı ilə əlaqədər olaraq insanların fəallığı, öz həyat fəaliyyətini təşkil etmək bacarığı artır. Bununla bağlı olaraq kommunikativ bacarıqların inkişafı problemi üzə çıxır. Belə ki, bu bacarıqların yüksək səviyyədə olması onun təhsildə, professional, incəsənət və digər iş fəaliyyətlərində uğur qazanmağa təminat verməsə də, əsasını qoymağa imkan verir.
Şifahi nitqin təlimi haqqında sualı nəzərdən keçirərkən, nəzərə almaq lazımdır ki, şifahi nitq özündə ikitərəfli prosesi cəmləşdirir: ingilis dilində danışmaq bacarığı nəzərindən (nitqin ekspressiv tərəfi) və başqa insanları anlamaq bacarığı (reseptiv şifahi nitq).
Şifahi nitq müəyyən şərtlər ona təsir edərək davam edir. Bu şərtlər (ekstralinqvistik) dildən xaricdir. Bunlara situasiya, nitq fəaliyyəti, danışanın yaşı və inkişaf səviyyəsi, söhbətin mövzusu, dinləyənin nitqi qəbul etmə hazırlığı, mimika, jestlər aiddir. Bütün bu faktorlar iki və ya daha artıq həmsöhbət arasında mümkündür. Həmsöhbətlər replikalar deyir, biri o birinin dediklərinə rəy söyləyir.
Monoloq - daha açıq formada öz fikirlərini deyən, niyyətini, hadisələri qiymətləndirən və s. bir nəfərin nitqidir. Monoloji nitqdə ardıcıllıq, səliqəlilik, rəvanlıq daha çoxdur. Dialoqda isə bir sualdan digər suala, bir mövzudan digər mövzuya keçid, həmsöhbətin dediyi replikalara cavab vermək əvvəl deyilənlərə qayıdış çoxdur.
Dialoji nitq monoloji nitqdən fərqli olaraq əvvəldən hazırlanmır. Monoloji nitq (məlumat, hesabat) adətən əvvəldən hazırlanır. Həmçinin hazırlanmamış monoloji nitq də mümkündür.
Təbii şərtlərdə bəzən monoloji nitqi dialoji nitqdən ayırmaq çətin olur. Dialoji nitq hər an monoloji nitqə çevrilə bilir, həmsöhbətin biri sual verir, digəri isə ona geniş şəkildə cavab verir. Təlim zamanı belə bölgü mümkündür. Tələbələrə şifahi nitqi öyrədərkən, nəzərə almaq lazımdır ki, monoloji nitq kimi dialoji nitq də özünəməxsus spesifikası, özünəuyğun çalışmalar sistemi və təlim metodu var.
Dialoji nitq monoloji nitqə nisbətən bir sıra əlavə çətinlikləri olduğu üçün monoloji şifahi nitq dialoji şifahi nitqin təlimini xeyli qabaqlamalıdır. Şifahi monoloji nitqin inkişafı üçün əsas materiallar kitabdakı mətnlər hesab olunur. Dialoji nitq üçün isə kiçik dialoqlar (4-5 fraza) kifayət edər. Belə dialoqları öyrəndikdən sonra tələbələr onların elementlərini (salamlama, nəzakət qaydaları, nidalar) ekpressiv şifahi nitqdə istifadə edə biləcəklər.
Xarici dilin tədrisi zamanı müasir təhsil sistemində müxtəlif texniki vasitələrdən istifadə olunur: videomaqnitafonlar, multimedia proyektorları, kompüterlər, bunların vasitəsilə müxtəlif informasiyalar təqdim olunur və bir sıra funksiyalar reallaşır: motivasiya, tədris, tərbiyə, inkişaf, estetika və s.
Səsli texniki avadanlığı (maqnitafon) xarici dilin tədrisində çoxdan istifadə olunur, onlar tələffüzün tədrisində bütün səs növlərinin səsləndirilməsinə imkan verir, eşitmə və danışmanın tədrisi zamanı tədris prosesinin intensifıkasiyasına imkan yaradır.
Ekranlı texniki avadanlıqlar (televizorlar, videomaqnitafonlar, DVD) səslə bərabər hərəkətli şəkillər, verilən materialın daha yaxşı mənimsəməsinə didaktikanın əyanilik prinsipinin tamamilə realizə olunmasına kömək edir. Bu texniki vasitələr (daha əyləncəli formada) xarici dili mənimsəyənlərə ölkəşünaslığa aid geniş materialı öyrənməyə imkan verir.
Təlimdə texniki vasitələrin istifadəsinin müasir mərhələsində kompüter əsasında hazırlanan avadanlıqlar göstərilir. Onların yaranması ilə müxtəlif hadisə və prosesləri modelləşdirmək mümkün olub. Ən əsas üstünlüklərdən biri isə bunlar vasitəsilə eyni zamanda çoxsaylı tələbələrlə təlim keçməsindən ibarətdir. Texniki təlim vasitələrinin köməyi ilə müəllim iştirakçıları lazımi tədrisə aid informasiya ilə təmin edir, alınan bilikləri mənimsəmə və yadda saxlama prosesini yaxşılaşdırır, təcrübədə onu istifadə etmək, təhsilin nəticələrini idarə etmək imkanı əldə edir.Təlimin texniki vasitələri xüsusi texniki bloklarla təchiz olunmuşdur. Bu bloklar informasiya ilə təmin olunan xüsusi proqramları yadda saxlamaq və işə salmaq imkanı yaradır.
İnformasiyanı ötürmək üçün hazırda texniki və audiovizual təlim vasitələri mövcuddur.
1. Multimedia proyektorları;
2. Diaproyektorlar;
3. Epiproyektorlar;
4. Qrafoproyektorlar;
5. Kinoproyektorlar;
6. Multimedia lövhələri;
7. Audiosistemlər (maqnitafonlar);
8. Televizorlar,videomaqnitafonlar;
9. Kompüterlər.
Bu texniki avadanlıqlar informasiyanın daha aydın, rahat şəkildə anlaşılmasına imkan yaradır.
Texniki təlim vasitələrinin istifadəsi zamanı müəyyən bilik mənbəvi kimi psixoloji proseslər durur. Dərs zamanı bu vasitələrdən birindən istifadə edərkən tələbənin hissiyyat orqanlarına güclü təsir edir, onların psixoloji funksiyaları dəyişir. Görmə və eşitmə analizatorları tələbələrə öyrənilən dərs haqqında aydın və tam təsəvvür əldə etmək imkanı verir.
Texniki vasitələri daha yaxşı mənimsəmək üçün eşitmə deyil, daha çox görmə analizatoru yüksək keçirtmə bacarığına malikdir. Lakin əsas informasiyanı tələbələr siqnallar vasitəsilə alirlar. Buradan belə nəticə çıxarmaq olar ki, görmə analizatorlar daha böyük potensial ehtiyata malikdir. Onun köməyi ilə verilən mövzunu mənimsəmə effekti daha yüksək olur.
Təlim zamanı müəllimin sözləri ilə tələbənin təqdim etdiyi təsvir arasında yaranan vasitəsiz uzlaşma yüksək keyfiyyət əldə etməyə imkan verir. Bu əvvəlki mərhələdə - bilik və bacarığın qəbulu tədrisin ilkin mərhələsində - hissetmə və mənimsəməyə böyük təsir göstərir. Hissiyyat orqanları tərəfindən qəbul olunan siqnallar məntiqi təkmilləşməyə məruz qalır,abstrakt təxəyyül bölməsinə keçir. Nəticədə, hissedici obrazlar beyində müzakirəyə qoyulur və nəticə əldə olunur. Beləliklə, görmə və eşitmə analizatorunun tam istifadəsi növbəti mərhələyə keçmək üçün imkan yaradır. Bu proses başa düşmə - anlamadır [4,S.3O].
Ən inkişaf edən və daim təkmilləşən texniki vasitələrdən biri, xarici dilin tədrisində istifadə olunan videodur.
Dərslərdə videonun nümayişi ingilis dilinin tədrisində əyani olaraq tələbələri, xüsusilə şifahi nitqi, dilin tipik modelləri, intonasiyalar və s.ilə tanış etməyə imkan yaradır.
“Bu və ya digər informasiyanı görmə vasitəsilə daha dəqiq və daha ekonomik üsulla ötürmək, nitq ünsiyyətinə aid situasiyanı, nitq kommunikasiyasının reallıqda analoqunu yaratmaq, onun effektiv mənimsəməsini təmin etməkdir. Müəyyən nitq situasiyası ilə dil materialının uyğunlaşması onun daha möhkəm yadda qalmasına imkan yaradır”.
Təlim videosu əlavə dil mühiti, dinləmə və eşitmə vasitəsilə nitq situasiyası yaradır və dərs zamanı əvvəlcədən hazırlanmamış nitq situasiyasını mənimsəməsi üçün əlavə şərait yaradır.
Auditoriyanı tərk etmədən, tələbələr xarici dilə dair biliklərini daha da genişləndirir və baş verən hadisələrin tamaşaçı kimi iştirakçısına çevrilirlər. Təlim filmi tələbələri dilini öyrəndikləri ölkə haqqında yeni informasiya ilə tanış edir.
Başqa texniki təlim vasitələrini müqayisə edərkən videonun aydın üstünlükləri var: müəyyən vaxt anında tələbə daha çox informasiya alır, belə ki, bu iki kanal vasitəsilə daxil olur - eşitmə və görmə.
Xarici dilin təlimində əsas məqsəd - danışma bacarıqlarının inkişafıdır. Bu bacarıqların mənimsənilməsi çox böyük çətinliklərlə bağlıdır. Təlim prosesində xarici dildə ünsiyyət yaratmaq üçün situasiyadan istifadə etmək lazımdır. Danışanm düşdüyü şərait, onu danışmağa vadar edir. Dərs zamanı videofılmlərə xarici dildə baxmaq elə bir şərait yaradır ki, tələbə o dildə danışır, müzakirə edir. Bundan əlavə, onlar dildaşıyıcısının nitqini eşidir, ölkənin tarixi, mədəniyyəti, coğrafiyasını yaxından öyrənir. Bütün tələbələr eyni səviyyədə dili öyrənə bilmir, lakin buna baxmayaraq, bu fənnə marağı artırmaq, tələbələrin dünyagörüşünü genişləndirmək üçün videofılmlərə baxmaq çox faydalıdır.
Xarici dil tədrisinin orta mərhələsində ilk və orta səviyyənin əsası qoyulur. Nəticədə sonrakı mərhələlərdə tələbələr söz birləşmələrini daha tez öyrənir və mətnləri daha asan anlayıb danışa bilirlər. Çalışmalardan əlavə, bu mərhələdə müxtəlif mədəni və sosiomədəni hadisələri öyrənmək üçün videolardan istifadə etmək olar. Müxtəlif tematikalı filmlər, tarixi-mədəni dəyəri olan tikililər və heykəlləri anlamaq üçün müasir və keçmiş məşhur xadimlərin portretlərini, həmçinin bədii və sənədli filmlərdən hissələr, müxtəlif qeyri-verbal ünsiyyətin növlərinin interpretasiyası üçün - mimika, jestlər, geyim formaları və s.əksər hallarda videokliplərin verbal hissəsi böyük rol oynayır [5,S.H3].
Elmi-metodiki ədəbiyyatın bu mövzu üzrə öyrənilməsi belə nəticəyə gəlməyə imkan verir ki, texniki təlim vasitələri xarici dil dərslərində materialın əyani surətdə verilməsinə, tədris zamanı tələbələrin yorulmamasına və təlimin keyfiyyətinin yüksək olmasına, materialın yüksək templə tələbələrə çatdırılmasına və onların suallarına cavab verməsinə müəllimə imkan yaradır.
Videomaterialların istifadəsi əyani olaraq informasiyanın mənimsənilməsinə, xarici dil mühitinin yaradılmasına, öyrənilən dilin ölkəsində işlənilməsinə baxmayaraq xarici dildə kommunikativ kompetensiyaların inkişafına kömək edir.
Biz XXI əsrdə yaşayırıq. Müəllimlər video və audio materiallardan daha çox istifadə etməlidirlər. Bununla, onlar tədrisin keyfiyyətini daha da yüksəldəcək, söz ehtiyatını artıracaq və tələbələrin diqqətini inkişaf etdirəcək, həmçinin tələbələrdə fənnə qarşı maraq oyadacaq.
Nəticə
Ümumiyyətlə, tədris zamanı texniki təlim vasitələrindən istifadə etmək çox faydalıdır. Bu dərsin keyfiyyətini yüksəldir, tələbələrdə dərsə olan marağı daha da artırır. Şifahi nitq vərdişlərinin inkişafında texniki avadanlıqlardan istifadə tədrisin keyfiyyətinə böyük təsir göstərir.
Tarix: 8-07-2021, 16:55