VI Qafqaz Riyaziyyat Olimpiadasından 7 medal
12-17 mart 2021-ci il tarixlərində Adıgey Respublikasının Maykop şəhərində VI Qafqaz Riyaziyyat Olimpiadası təşkil edilib. Qaydalara əsasən, olimpiadada ölkəmizi aşağı və yuxarı yaş qrupları olmaqla 2 müxtəlif liqalar üzrə 8 nəfərdən ibarət komanda təmsil edib.
Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 qızıl, 3 gümüş və 1 bürünc medal olmaqla, ümumilikdə 7 medal və 1 “Həvəsləndirici sertifikat” qazanıb. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov, həmin liseyin X sinif şagirdi Toğrul Abbasov qızıl, sözügedən liseyin X sinif şagirdi Muhammed Nuriyev, Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin X sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Amin Cəfərzadə bürünc medala və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Fidan Cəfərli isə “Həvəsləndirici sertifikat”a layiq görülüb.
Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!
Tarix: 19-03-2021, 11:49
Xəbəri paylaş