Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri İctimai Şura üzvləri ilə videokonfrans edib



 

Avqustun 6-da Təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib.

Onlayn görüşdə koronavirus pandemiyası dövründə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili, 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışılıb.

Bildirilib ki, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək.

Qeyd edilib ki, pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.

Həmçinin pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.


Tarix: 6-08-2020, 17:54

Xəbəri paylaş