Təhsilin uğurlu inkişafının 10 amili
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) dünyada təhsilin inkişaf perspektivlərinə həsr olunmuş növbəti hesabatını yayıb. OECD-nin təhsil və səriştələr üzrə səlahiyyətli nümayəndəsi Andreas Şlyaxer yaxın 20 il ərzində milli təhsil sistemlərinin uğurlu inkişafını müəyyən edəcək başlıca faktorları açıqlayıb. Hesabatın tam adı - "Milli təhsil sistemlərinin transformasiyasında qlobal tendensiyalar: 2035-ci ildə təhsil necə olacaq?" adlanır. Hesabatının mövzusunun şərti olduğunu (yaxın onilliklərdə nələrin baş verəcəyini bəzən heç kim bilmir) əvvəlcədən bildirən A.Şlyaxer, bununla belə, dünyanın milli təhsil sistemlərinin əsas inkişaf meyillərindən bəhs edib.
1. İnformasiya savadlılığı
Təhsil rəqəmsal dövrə daxil olur, artıq yalnız oxuya və yaza bilmək kifayət etmir. Həmçinin informasiya savadlılığı - informasiya dünyasında "boğulmamaq" və ondan məna çıxarmaq qabiliyyəti lazımdır. Məktəblilər müxtəlif rakurslardan, müxtəlif resursların köməyi ilə və müxtəlif ideyalar prizmasından dünyanı görməyi öyrənməli, "Google" axtarış sistemində təklif edilmiş 20 mindən artıq cavabdan ən düzgün olanları seçə bilməlidirlər.
2. İstedadların tətbiqi
Rusiyada istedadlı uşaqlarla iş vəzifəsi yaxşı qoyulmuşdur - məsələn, riyazi təhsilin keyfiyyəti Rusiyada ABŞ-dan yüksəkdir. Ancaq biliklərin tətbiqinin effektivliyi, əmək məhsuldarlığı, yaşayış keyfiyyəti ABŞ-da Rusiyada olduğundan çox yüksəkdir. Bu onu göstərir ki, istedad və qabiliyyətlər yalnız tənliyin hissələridir və onlardan cəmiyyətin rifahı naminə istifadə edə bilmək lazımdır. Dövlətdə mövcud olan institutları elə dəyişmək lazımdır ki, insanın istedadı onun öz xeyrinə və cəmiyyətin rifahı naminə işləsin, bu isə istedadları yetişdirməkdən daha sadə vəzifədir.
3. Az olsun, lakin daha dərin olsun
Məktəb təhsilinin məzmunu kiçik "qutudur", hansı ki, biz mümkün qədər çox informasiyalar yerləşdirmək istəyirik. Buna görə ölkələrin əksəriyyətində təhsilin dərinliyi azalır, amma genişliyi artır. Nəticədə məktəblilər məlumatları yenidən daha yaxşı yaradırlar, lakin alimlər kimi düşünə, prosesləri və faktları təhlil edə, sınaq apara bilmirlər. İstisna ölkələr PISA tədqiqatının liderləri təşkil edir — Sinqapur, Yaponiya, Çin, Finlandiya.
4. Bərabər təhsil imkanları
Bütün ölkələrdə ailənin əmin-amanlığı məktəbdə uşağın müvəffəqiyyətinin rəhnidir. Ancaq ölkələr arasında təhsilin keyfiyyətində fərqlər böyükdür, məsələn, Dominikan Respublikasında zəngin ailələrdən olan uşaqlar, ehtimal ki, Avropanın inkişaf etmiş ölkələrinin kasıb ailələrindən olan yaşıdlarından daha aşağı keyfiyyətli təhsil alacaqlar. Ölkənin yoxsulluğu uşaq üçün tale olmamalıdır, hansı ki, öhdəsindən gəlmək mümkün deyil. Təhsildə yüksək nəticələrin alınması imkanı bütün dünyada mümkün olmalıdır. 2035-ci ilə qədər bu problemin hər yerdə həlli üçün birgə səylər lazım olacaq.
5. Müəllimlər arasında təcrübə mübadiləsi
Məktəblərin əksəriyyətində bu gün müəllimlər "yuxarıdan" təqdim olunan təhsil proqramlarına müvafiq olaraq dərs deyirlər, amma bu, köhnəlmiş modeldir. Müasir cəmiyyətdə müəllim nəinki sərbəst olmalı, həm də ən yaxşı həmkarlarının təcrübəsini mənimsəməlidir. TALIS tədqiqatının nəticələri göstərir ki, müəllimllər nə qədər çox bir-biri ilə qarşılıqlı əməkdaşlıq edirlər, onlar bir o qədər effektiv işləyirlər. Məsələn, Çində müəllimlər arasında təcrübə mübadiləsi məcburidir. Pedaqoji mədəniyyətin bu elementi müəllim peşəsinə gəncləri cəlb etməyə müvəffəq olmuş ölkələr üçün daha tipikdir.
6. Sistemli nəzarətdən imtina
2035-ci ilə bütün dünyada təhsilin "azad olması" baş verməlidir - dövlətlər pedaqoqların işinə sistemli nəzarətdən imtina etməlidir. Bununla belə, müəllimlərin işinin keyfiyyətinin qiymətləndirilməsi ehtiyacı saxlanılacaq. Bu, hər şeydən əvvəl onlarda lazımi bacarıqların olub-olmaması ilə bağlıdır. Pedaqoqlar özünü inkişaf etdirməkdə, ixtisas dərəcələrinin artımında maraqlı olmalıdırlar. Təhsilin distant formalarının inkişafı sərf edilmiş minimum vaxt ərzində daha yüksək nəticələrə nail olmağa icazə verir.
7. Təhsilin fərdiləşdirilməsi
Həkim bütün pasiyentlərə eyni dərmanı yaza bilməz. Müəllim də konkret uşağın ehtiyaclarına söykənərək tədrisi fərdiləşdirməlidir. Bunun üçün də kursları başqa cür layihələşdirmək, müəllimlərdən standartlar və vahid yanaşmalara riayət etmələrini tələb etməmək lazımdır. Təlimdə ən böyük dərəcədə layihə yanaşmasından, daha az səviyyədə isə fənn yanaşmasından istifadə olunmalıdır.
8. Təhsilin yüksək məhsuldarlığı
İlk baxışdan belə görünür ki, fənnin öyrənilməsinə nə qədər çox vaxt sərf olunursa, o qədər yüksək nəticə olacaq. Ancaq tədqiqatlar əksini göstərir: bu və ya digər ölkədə məktəblilərin təliminə nə qədər daha çox vaxt sərf olunursa, onların PISA nəticələri bir o qədər pisdir. Ən çox vaxtı uşaqlar Birləşmiş Ərəb Əmirliklərinin məktəblərində keçirirlər, ancaq nəticələr tədris vaxtının az olduğu Avropa ölkələrində daha yüksəkdir, buna müvafiq olaraq təhsilin məhsuldarlığı da artıqdır.
9. Keyfiyyətin yeni qiyməti
Pedaqoji elmlərin nailiyyətləri və siniflərdə baş verənlər arasında fərqlər əvvəlki kimi böyükdür. Məsələn, Böyük Britaniyada hətta Çinlə müqayisədə ən böyük dərəcədə mexaniki əzbərçilikdən istifadə olunur, bununla belə, hamı yaradıcı yanaşma, müstəqillik və s. haqda danışır. İnteqral təlim və yaradıcı düşüncə haqqında nə qədər lazımsa danışmaq olar, lakin əgər imtahanda tələbəyə cavabların seçimi olan testlər təklif edilirsə, belə danışıqların mənası yoxdur.
10. Ən yaxşının mənimsənilməsi
Təhsildə islahatlar apararkən bu və ya digər ölkənin təcrübəsinə əsaslanmaq lazım deyil, axı nələrsə milli sistem üçün yaraya bilər, nələrsə əksinə, zərərlidir. Ən yaxşının mənimsənilməsinin optimal modeli Sinqapurda yaradılıb, burada heç nə ixtira etmir, təhsil proqramlarına elə də xüsusi diqqət ayırmırlar. Amma əvəzində orada müxtəlif ölkələrin uğur faktorlarını konfiqurasiya etməyi öyrəniblər və dünyanın ən qabaqcıl təhsil sistemlərindən birini yarada biliblər.
Hazırladı: O.İSAOĞLU
Tarix: 6-06-2017, 09:31