Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Şəki və Oğuz rayonlarında olub

 

Dekabrın 19-da Şəki şəhəri 11 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
 Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Şəki Şəhər İcra Hakimiy­ətinin başçısı Elxan Usubov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova iştirak edib.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəs­tələri qoyulub.
 Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra nazir və mərasim iştirakçıları yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, respublikanın qocaman məktəblərindən biri olan 94 yaşlı Şəki şəhəri 11 nömrəli tam orta məktəb 1925-ci ildə istifadəyə verilib. 1955-ci ildən bu günə kimi ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. Təhsil müəssisəsi 960 şagird yerlikdir. Dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəbdə 38 sinif otağı ilə yanaşı məktəbəhazırlıq qrupu otağı, hər cür avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya, texnologiya, informatika, hərbi hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı və 80 yerlik yeməkxana vardır.
Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Hazırda məktəbdə 930 şa­gird təhsil alır. Məktəbdə təşkil edilən 4 məktəbəhazırlıq qrupunda isə 85 nəfər oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində məktəbi bitirən 49 məzundan 38-i ali təhsil müəssisələrinə qəbul olunub,11 nəfəri isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirir.
***
Dekabrın 19-da Təhsil naziri Ceyhun Bayramov Oğuz rayonu Padar kənd tam orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəs­tələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, Oğuz rayonu Padar kənd tam orta məktəbi 1883-cü ildən fəaliyyətə başlayıb. Məktəb 460 şagird yerlikdir, tədris binasında 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, texnologiya otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana və oxu zalı, informatika, məktəbəhazırlıq otağı, 72 yerlik yeməkxana, idman zalı yerləşir.  Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxana qu­raş­dırılıb.
Daha sonra məktəbin müəllim kollektivi ilə görüş keçirilib. Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan Təhsil naziri Ceyhun Bayramov son illər ölkəmizdə məktəblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə olunan uğurlardan danışıb.
Təhsil naziri Ceyhun Bayramov məktəbin pedaqoji kollektivinə gələcək fəaliy­yətlərində uğurlar arzulayıb.


Tarix: 14-01-2020, 18:48

Xəbəri paylaş