Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

20 Yanvara həsr olunmuş xüsusi dərslər


 

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində  təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər Xiyabanını ziyarət edirlər. 


Tarix: 8-01-2020, 13:46

Xəbəri paylaş