Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Açıq dərs”lərin şagirdlərin tədrisdə fəallığına göstərdiyi müsbət təsiri

 
 

Son illər təhsilimizdə aparılan əsaslı islahatlar xüsusilə ibtidai siniflərdə yeni uğurlar əldə etmək üçün müsbət şərait yaradır. Fikrimizi əsaslandırmaq üçün ibtidai siniflərdə aparılan müasir «açıq dərs»lərin şagirdlərin təhsilinə göstərdiyi müsbət təsiri əks etdirən bir dərs nümunəsini diqqətinizə çatdırmaq istəyirəm.
Mövzu: Himnimiz.
Standart: 2.2.1. Kiçik həcmli mətnləri düzgün tələffüz etməklə oxuyur.
1.2.1. Müşahidə etdiyi əşya, hadisə haqqında və şəkillər üzrə danışır.
2.1.4. Mətndən sadə bədii sözləri seçir.
4.1.2. Sözləri hecalara ayırır.
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.
Təlim məqsədləri: 1) Sözləri düzgün tələffüz etməklə cümlələri oxuyur.
2) Verilmiş mövzu ilə bağlı şifahi təqdimat hazırlayır.
3) Mətndə rast gəldiyi bədii ifadələri izah edir.
4) Sözü təşkil edən hecaları müəyyən edir.
5) Dinlədiyi və oxuduğu mətnin məzmunu əsasında bir neçə cümlə qurub yazır.
İnteqrasiya: Təsviri incəsənət, həyat bilgisi, musiqi, riyaziyyat.
İş forması: kollektiv iş, qruplarla iş.
İş üsulu: Motivasiya, söz assosiasiyası, şaxələndirmə, BİBÖ.
Resurslar: dərslik, iş vərəqləri, karandaşlar, ağ vərəqlər, kompüter, proyektor, şəkillər, simvollar, markerlər və sairə.

Dərsin gedişi
Sinif lazım olan bütün materiallarla təchiz olunub. Dərsə başlamaq üçün lövhədən iri vərəqdə yazılmış sxemi asıram və sinfə müraciət edirəm.
Motivasiya: Uşaqlar, verilmiş boş xanalara hansı sözlər yazılmalıdır?
  Şagirdlər əl qaldırıb cavabı yazmaq üçün sanki yarışa girirlər.
  Mən ən zəif oxuyan şagirdləri lövhəyə çağırıb xanaları doldurmağı tapşırıram. Uşaqlar boş xanalara: gerb, himn, bayraq sözlərini yazır.
Kənardakı qutuda isə müxtəlif şəkillər var: ordu, milli valyuta, neft, pambıq, taxıl, gerb, bayraq, himn yazılmış vərəq, meyvələr, tərəvəz bitkiləri və sairə.
Növbəti sual isə belə qoyulur:
-Atributlara aid olan şəkilləri seçib lövhəyə yapışdırın.
Şagirdlər bu tapşırığı da yerinə yetirirlər.
Sonra mən yeni dərsin adını elan edirəm və diskə yazılmış Azərbaycan Respublikasının Dövlət himni səslənir, uşaqlar da ayağa qalxıb, əlləri ürəklərinin üstünə qoyulmuş formada xorla musiqi ilə birgə himni oxuyurlar.
Oxunuşdan sonra ümumi sinfə sual verilir:
- Nə üçün himn oxunanda ayağa qalxdınız? Nə üçün əllərinizi ürəyinizin üstünə qoydunuz?
Hər şagird öz düşüncə və anladığı tərzdə cavab verir.
Bu suala uyğun olaraq BİBÖ cədvəlindən istifadə edirik.
Standart.2.2.1
Şagirdləri tədqiqat suallarının verilməsi üçün qrup­lara bölürəm. Atributlara uyğun olaraq himn, gerb, bayraq adlı qruplara bölürəm.
Gerb qrupu
Gerb haqqında nə bilirsiniz? Şəklini çəkin və şeirin 1-ci bəndini əzbərləyin.
Bayraq qrupu
Bayraq haqqında bildiklərinizi yazın. Şəklini çəkin. Bayraq nə vaxt qaldırılır? Şeirin 2-ci bəndini əzbərləyin.
Himn qrupu
Himn haqqında bildiyinizi yazın. Himn nə vaxt oxunur? Şeirin 3-cü bəndini əzbərləyin.
Tədqiqatın aparılması: Şagirdlər əlifbanı tam öyrəndikləri üçün hər qrupun suallarını oxumaga ehtiyac duymuram. Bu onlarda sərbəst oxu vərdişini artırır.
Qrupdakı uşaqlar birgə sualı oxuyub bir-birinə izahat verir. Bildikləri məlumatları öz aralarında seçdikləri sagird yazır, digəri şəkil çəkir. Kiçikyaşlı uşaqların necə maraqla, həvəslə çalışdıqlarını müşahidə edirəm. Onlar bildikləri məlumatı yazmağa, şəkil çəkməyə, öz işlərini ilk təqdim etməyə tələsirlər. Lakin vaxt olduğu üçün tələsməməyi, rahat işləməyi nəzərlərinə çatdırıram. İşini bitirən qrup məlumat və şəkli maqnit lövhədən asır.
İnformasiya mübadiləsi: İşlər bitdikdən sonra qruplar arasından seçilən şagirdlər lövhə önünə gəlir, öz yoldaşları ilə hazırladıqları işləri digər qrup yoldaşlarına təqdim edir. Bu qayda ilə hər 3 qrup öz işini nümayiş etdirir, hətta tapşırıqdan əlavə də məlumat verirlər. Təqdimatlar dinlənildikdən sonra informasiyaların müzakirəsi başlanır. Öyrənilən hər yeni məlumat BİBÖ cədvəlində qeyd olunur.
Standart. 1.2.1
Himn haqqında şagirdlərin bilmədikləri məlumatları qısaca olaraq onların nəzərinə çatdırıram. Sonra isə proyektor vasitəsilə himnin yaranma tarixini əks etdirən qısa filmi birlikdə izləyirik.
Təqdimat bitəndən sonra qrupların işlərini meyar cədvəli əsasında qiymətləndirirəm.
Qiymətləndirmədən sonra şagirdlərin diqqəti “Himnimiz” şeirindəki illüstrasiyaya yönəlir. Şəkildəki hər bir obrazları (Dədə Qorqud, Koroğlu, əsgər, gənclər) tanıdıram.
Standart.2.1.4
  Mətndə verilmiş 1-ci tapşırığı yerinə yetiririk.

           груп

мейар

1-ъи груп

2-ъи груп

3-ъц груп

Мялуматлары дцзэцнтяляффцз етмякля охуйур.


 


 


 

Мцшащидя етдийи яшйа,щадися щаггында данышыр.


 

 


 


 

Мятня аид фикрини билдирир.


 


 


 

Бирнечя ъцмлядян ибарят кичик мятн йазыр. 


 


 


 


 


”Dağlar qalxır ayağa” ifadəsinin bədii ifadə olduğunu izah edirəm. (söz assosiasiyası) əlavə məsəllər çəkirəm ki, daha da yaxşı başa düşsünlər.
Standart. 4.1.2
Şagirdlərdə düzgün hecaya bölmək vərdişini möhkəmlətmək üçün 2-ci tapşırığı yerinə yetiririk, əlavə bir neçə sözü də hecaya böldürüb yazdırıram.
Standart. 3.1.4
Dərslikdəki 3-cü tapşırığı da yerinə yetiririk.
(çinar-ar)+(gizli-li)=?
Çinar-ar=çin çin+giz=Çingiz
Gizli-li=giz

Bu tapşırığa aid də əlavə edirik.
(aynur-nur)+(tənlik-lik)=
Aynur-nur=Ay tənlik-lik=tən ay+tən=Aytən

Növbəti tapşırıqların yerinə yetirilməsində fəal iştirak edən şagirdləri də qiymətləndirirəm.
Dərsi yekunlaşdırıb ev tapşırığı kimi Milli Qəhrəman Çingiz Mustafayev haqqında kiçik məlumat yazmağı tapşırıram.
Göründüyü kimi «açıq dərs»lərin şagirdlərin;
1) geniş, ətraflı bilik, bacarıq qazanmalarına;
2) hərtərəfli anlayışlı olmalarına;
3) söz ehtiyatının atmasına;
4) kollektiv işləmək bacarığının formalaşmasına;
5) sərbəst şəkildə işləmələrinə;
6) yoldaşları ilə fikir mübadiləsi etmələrinə;
7) bildiklərini başqalarına çatdırmaq qabiliyyətinin yaranmasına;
8) məlumatları müzakirə edə bilmələrinə;
9) yeri gəldikcə sağlam mübahisə etmələrinə;
10) şifahi dediklərini yazılı şəkildə ifadə edə bilmək bacarıqlarının inkişafına və s. böyük təsiri və köməyi olur.
«Açıq dərs»lərdə başqa müəllimlərin, valideynlərin iştirak etməsi şagirdlərdə cəmiyyət içərisində də özlərini sərbəst hiss etmələrinə, həyəcan hissinin azalıb yox olmasına, eyni zamanda onların özlərinin davranış qaydalarına nəzarət etmələrinə, nitq mədəniyyətinə, ünsiyyət edərkən, tapşırıq üzərində işləyərkən, müraciət formalarında nitq etiketlərinin yerli-yerində işlətmələrinə, ədəb-ərkan qaydalarının gözlənilməsinə çox müsbət təsir göstərir.
Bütün bunlarla yanaşı, «açıq dərs»lərin təşkili gənc müəllimlərin də gələcəkdə öz işlərində, tədris prosesində şagirdlərlə davranmaq və onların tədrisində əlavə hansı üsul və metodlardan istifadə edə bilmək bacarığı aşılayır.
Hərdən elə hallar olur ki, bəzi valideynlər də yeni təlim üsullarını bilmir. Evə verilən tapşırıqların necə həll olunmasında uşaqlarına kömək etməkdə çətinlik çəkir. «Açıq dərs»lərdə onların da iştirakının xeyri coxdu.
Yeni təhsil proqramı olan kurikulum bu işdə müəllim-şagird-valideyn üçlüyünün hər çətin anında köməyinə çatır.
«Açıq dərs»in ən üstün cəhəti də odur ki, belə dərslərdə ən çox müəllim yox, şagird axtarıcı, yaradıcı, fəal olur. Müəllim sadəcə istiqamət verir.
  Öz üzərində işləyən müəllimin hər dərsi «açıq dərs» kimi keçir. «Açıq dərs» tək müəllimin deyil, gələcəyimiz olan uşaqların da hərtərəfli dünyagörüşlü böyümələrinə, təlim-tərbiyəsinə maraqla, həvəslə yanaşmalarına aparan yoldur.

 Hicran Rəsulova,
Ağdaş şəhər Nizami adına 2 nömrəli tam
 orta məktəbin ibtidai sinif müəllimi


Tarix: 8-05-2017, 09:55

Xəbəri paylaş