Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Reyhan Camalova dünyanın 100 ən nüfuzlu qadını siyahısında

 

BBC dünyanın hər yerindən 100 ən nüfuzlu qadının daxil olduğu siyahını təqdim edib. “BBC 100 Qadın - 2018” (“BBC 100 Women - 2018”) adlı siyahıda azərbaycanlı gənc ixtiraçı Reyhan Camalovanın da adı yer alıb.
Xatırladaq ki, R.Camalova 2017-ci ildə qurulan Reynerci (ing. Rainergy) startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə 15 yaşlı Reyhan Camalova “Rainergy” adlı layihəsi ilə “Forbes” jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına daxil olub.
www.bbc.com saytının məlumatında bildirilir ki, “BBC 100 Qadın - 2018” siyahısına 60-dan çox ölkədən 15-94 yaşa qədər olan, müxtəlif sahələrdə yüksək nailiyyətləri ilə fərqlənən lider qadınlar daxildir. BBC hər il bu kimi qadınların adlarını xatırlatmaqla yanaşı, həm də onların hekayələrini dünya ictimaiyyəti ilə paylaşır.
Məlumatda qeyd olunur ki, 2018-ci il bütün dünyada qadınların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli il olmuşdur. Bu səbəbdən, “BBC 100 Qadın” cari ildə öz ətrafında real dəyişikliklərə can atan yenilikçi qadınları əks etdirir.

Körpələr dünyanı necə qəbul edirlər?
Londonun Birkbeck Universitetində körpələrin beyninin necə işlədiyini araşdıran laboratoriyada əldə edilən məlumatlar autizm və buna oxşar nevroloji problemlərə erkən diaqnoz qoymaq və müdaxilə etmək imkanı verə bilər.
Körpələr dünyanı necə qəbul edirlər? Alimlər qədimdən bu yana bu suala cavab axtarıblar. Məsələn, Darvin öz uşaqlarını müşahidə edərək qeydlər aparmış, təkamül nəzəriyyəsinin inkişafında onlardan faydalanmışdı. Lakin körpələr nə fikirləşdiklərini ifadə edə bilmədikləri üçün bir çox səhv fikirlər də meydana çıxmışdı. Məsələn, XIX və XX əsrdə körpələrin ağrı hiss etmədiyini belə iddia edən tədqiqatçılar vardı.

Beyin hüceyrələri araşdırılır
Halbuki müasir araşdırmalar körpələrin ağıllı, həssas və diqqətli olduğunu göstərir. Doğuşdan etibarən ilk bir neçə il ərzində beyində saniyədə bir milyondan artıq sinir əlaqəsi yaranır. Laboratoriyada müşahidə aparan körpə inkişafı üzrə mütəxəssis Nataşa Kirkhamın sözlərinə görə, bu gün nevrologiya texnologiyasındakı inkişaf sayəsində körpələrin nə fikirləşdiyini başa düşməyimizi təmin edəcək bir çox araşdırma aparmaq mümkündür.
Beynin qulağın düz arxasında olan və üst temporal yiv adı verilən hissəsinin sosial münasibətlərlə əlaqəli olduğu məlumdur. Aktivlik fərqliliyinin autizm ilə əlaqəli ola biləcəyi hesab edilir. Lakin bu tezisin canlı körpələr üzərində sınaqdan keçirilməsi lazımdır.

Körpələr müşahidə edərək öyrənirlər
Körpə laboratoriyalarında MRT (Maqnit Rezonans Tomoqrafiya), göz izləməsi, beyindəki elektrik aktivliyini ölçən EEG (Elektroensefaloqrafiya və ya EEQ - baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə üsulu), nəbz monitorları kimi bir çox cihazdan gələn məlumatlar toplanır. Buradan yola çıxaraq, körpələrin tipik inkişaf modelinin yaradılması və bəzi körpələrin bu modeldən fərqli inkişaf etməsinin səbəblərinin müəyyən edilməsi məqsədi qoyulur. Bunun üçün beyinlə yanaşı ətraf mühit şərtlərinin də araşdırılması lazımdır. Məsələn, Kirkham nizamsız mühitlərdə körpələrin hansı məlumatların əhəmiyyətli olduğunu, necə qavradıqlarını başa düşməyə çalışır. Körpələr ətrafı müşahidə edərək öyrənir. Bu müşahidələrdən yola çıxaraq, o, məlum nəticələrə gətirib çıxaracaq modellər yaradır və daha sonrakı inkişafı təxmin edir. Lakin olduqları mühitin qarışıqlığı və ətrafdakı insanların gözlənilməz davranışları işi çətinləşdirir.

"Nə baş verəcəyini bilməmək qorxudur"
"Bir körpənin həyatında ən pis şey digər insanların reaksiyalarını təxmin edə bilməməkdir. Bu, ona böyük zərər verir. Nə baş verəcəyini bilməmək dəhşətdir", -deyə Kirkham bildirib.
Yaxın infraqırmızı spektroskopiya üsulu ilə beyində dövr edən qandakı oksigen səviy­yəsi müəyyən edilə bilər. Oksigen baxımından zəngin olan qan beynin aktiv sahələrinə axdığı üçün beyin aktivliyini görmək mümkün olur.
Bu araşdırmalar autizm riski olan 4-6 aylıq körpələrin sosial xəbərdarlıqlara verdiyi reaksiyanın aşağı risk qrupundakı körpələrdən çox zəif olduğunu göstərir. Bu məlumatlar körpələrdə daha əvvəl araşdırılmamışdı.
Körpələrdə bu cür nevroloji fərqliliklərin erkən aşkarlanmasına imkan verən texnologiya sayəsində erkən yardım və müdaxilə də mümkün ola biləcək. Körpələrin başına qoyulan bu xüsusi papaq MRT cihazından çox kiçikdir və bu, kasıb ölkələrdəki körpələr üzərində araşdırma aparmağı da asanlaşdıracaq.Qambiyada həyata keçirilən ortaq bir layihədə qeyri-kafi qidalanmanın beyin inkişafı üzərindəki təsirləri araşdırılır.
Böyük Britaniyada gələcəkdə xüsusi üsulla aparılan bu araşdırmaların təzə yeriməyə başlayan uşaqlara tətbiq edilməsi hədəfə alınıb. Bu araşdırmalar əhəmiyyətli inkişaf dövrü barədə daha ətraflı məlumat əldə etməyə şərait yaradacaq.


Poladdan daha möhkəm məhsul…kağız

Kanadanın Alberta əyalətində poladdan daha möhkəm kağız istehsal olundu. Əyalət hökuməti ilə federal hökumətin ortaq şəkildə icra etdikləri "Alberta ixtiralar sis­temi” daxilində bir müddətdir ki, davam edən işlərdə “Nanocrystalline cellulose” (NCC) adlı bir maddə əldə edildi.
Alberta Texnologiya naziri Greg Weadick mövzu ilə əlaqədar çıxışında "Ağac və saman qarışığından əldə etdiyimiz maddə poladdan daha möhkəm və dayanıqlıdır. Pilot plantlarda, hələlik, həftədə 100 kiloqram istehsal olunacaq NCC ətrafa zərərsiz, yüngül, möhkəm və istifadə sahəsi olduqca genişdir. Qırılan sümüklərin yenidən və daha möhkəm bərpasından tutmuş, ağıla gələn hər sahədə istifadə edilə biləcək xüsusiyyətdədir "- deyib.
Qatı, maye və ya gel halında istehsal oluna bilən NCC üçün 5,5 milyon Kanada dolları sərmayə qoyulduğunu bildirən Alberta texnologiya naziri Greg Weadickin sözlərinə görə, "NCC hər sahədə istehsal və xidmətdə vərdişləri dəyişdirəcək və cığır açacaq bir vəsaitdir".




                                     


Tarix: 11-12-2018, 14:24

Xəbəri paylaş