Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

 

Heydər Əliyev Sarayında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş mərasim keçirilib.
Mərasim hər iki ölkənin himninin səsləndirilməsi ilə başlayıb.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Öz­oral bu günün tarixindən, Türkiyə və Azərbaycanın dost­luq münasibətlərindən danışıb. Səfir belə bir tədbirin keçirilməsindən məmnun olduqlarını vurğulayıb və uşaq­lara ən xoş arzularını çatdırıb.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları əlamətdar gün münasibəti ilə təbrik edərək bu bayramın Azərbay­canda da qeyd edilməsinin ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisi olduğunu vurğulayıb. Nazir müavini öl­kə­mizdə uşaqların yüksək qayğı və diqqətlə əhatə edildiyini, onların sağlam böyüməsi və təhsil alması üçün hər cür şərait yaradıldığını bildirib.
Tədbir musiqi, rəqs və teatr proqramı ilə davam edib. Bayram tədbirində Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” kollektivi milli və türk xalqlarının rəqslərindən ibarət kompozisiya ilə çıxış edib.
  Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Öz­oral tədbirin keçirilməsində əməyi olan təşkilatçılara, o cümlədən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə mükafat təqdim edib.


Tarix: 10-05-2018, 11:20

Xəbəri paylaş