Bakı məktəblisinin uğurları
 
  Rəşid  Şahin oğlu Xudaverdiyev   2003- cü  il avqustun 3-də Bakı şəhərində anadan olub.  Hazırda 74 nömrəli tam orta məktəbin şagirdidir.  Kiçik yaşlarından  idmana, xüsusən də onun karate növünə  böyük marağı var.  2009-cu ildən karate ilə məşğul olmağa başlayıb.   Müəllimi Şahin Xudaverdiyevin rəhbərliyi ilə 2010-cu ildə  Rusiyanın Rostov şəhərində  uşaqlar arasında keçirilən çempionatda ilk qızıl medalını qazanıb.  Rəşid finalda erməni rəqibini  məğlub edib. 2012-ci  ildə  Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında WKF növü üzrə üçüncü yerə layiq görülüb.  Karatenin  WSKU növü üzrə isə qızıl medal qazanaraq dünya çempionu titulunu qazanıb.  2014-cü ildə Ukraynada  keçirilən “Xarkov Open”  Beynəlxalq turnirində gümüş medala sahib olub. 
  2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında bürünc,   Bakıda keçirilən “Caspian Cup”  turnirində isə qızıl medal qazanıb.  2016-cı ildə dan qara kəmərə layiq görülüb. 2017-ci ildə Respublika çempionatında III,  Qaradəniz və Xəzəryanı ölkələrin çempionatında  isə birinci yerə sahib olub. 
  Rəşid növbəti yarışlara hazırlaşır. Ümid edirik ki,  o,  növbəti uğurlara imza atmaqla Azərbaycan bayrağını yüksək zirvələrdə dalğalandıracaq. Ona uğurlar arzulayırıq.
  "Təhsil"
Tarix: 2-04-2018, 11:21
