Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanın gənc istedadlarını tanıyaq

  
Bu danılmaz bir həqiqətdir ki, istedadlı uşaqların aşkara çıxarılması, elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində fənn olimpiadalarının müstəsna rolu vardır. Ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Builki Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın şagird iştirak edib. Nax­çıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Mayın 25-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub. Fənn olimpiadalarının nəticələrinə əsasən, olimpiadanın qızıl medalına layiq görülmüş 8 məktəbli həm də “Birincilərin birincisi” adını qazanıb. Onlarla tanış olaq:
 
1. Humay Kərimova,BDU nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi
2. Alpər Qurbanov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi.
3. Səbuhi Mikayılov, Quba “İstək” liseyinin XI sinif  şagirdi
4. Fəxrəndə Mirzəyeva,  Bakıdakı 274 nömrəli tam orta məktəbin IX sinif şagirdi
5. Rüstəm Ağayev, Xalqlar Dostluğu “İstək” liseyinin XI sinif şagirdi
6. Ramil Babazadə, “İstək” liseyinin  X sinif şagirdi
 7. Nuray Allahverdiyeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi
 8. Anar Rzayev, “İstək” Beynəlxalq Məktəbinin IX sinif şagirdi


Tarix: 4-08-2017, 11:46

Xəbəri paylaş