Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində yarışlara start verilib

    
“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin rayondaxili yarışlarına start verilib.
Yarışlarda Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göy­göl rayonu üzrə 24 ümumi təhsil müəssisəsinin komandaları idmanın voleybol, basketbol, badminton, veloidman və atletika növləri üzrə mübarizə aparacaqlar.
Yarışların məktəbdaxili mərhələsinə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu üzrə 406 ümumtəhsil məktəbindən 90 minə yaxın məktəbli qatılıb.
  Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi respublika birinciliyinin məqsədi məktəblilər arasında ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək və olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.


Tarix: 11-04-2017, 14:07

Xəbəri paylaş