Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaq­lar üçün 5 saylı respublika xüsusi internat məktəbində olub.
AZƏRTAC xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.
Hazırda məktəbdə 306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır.
Leyla Əliyeva internat məktəbindəki şəraitlə tanış oldu, eyni zamanda, Fond tərəfindən yaradılan sinifdə uşaqlarla görüşərək, onların təhsili, asudə vaxtlarının təşkili ilə maraqlandı.
Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış kompüterlər hədiyyə edilib. Burada, həmçinin audio studiya və kitabxana var.
Bildirilib ki, Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür.
  Daha sonra internat məktəbinin şagirdləri, o cümlədən Rusiyada müxtəlif veriliş və festivallarda iştirak edən istedadları öz ifalarını təqdim ediblər.


Tarix: 10-05-2018, 10:56

Xəbəri paylaş