Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev Fondunun dəstəyi ilə Şəki qarışıq tipli uşaq evi üçün yeni bina inşa olunacaq

 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Fondun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri Şəki qarışıq tipli uşaq evinin yerləşdiyi binanın hazırkı vəziyyəti ilə tanış olublar. Bildirilib ki, bina 1897-ci ildə inşa edilib və 1930-cu ildən uşaq evi kimi fəaliyyət göstərir. Uşaq evində valideyn himayəsindən məhrum olan 3-19 yaşlarında uşaqlar məskunlaşıb. Binanın hazırda uşaq evi üçün istifadəyə yararsız olduğu, buradakı mövcud infrastrukturun uşaqların rahat məskunlaşması üçün tam əlverişli olmadığı qeyd edilib.
Heydər Əliyev Fondunun nümayəndələri uşaq evində otaqların mövcud şəraiti ilə tanış olublar, Şəki şəhərində yeni binanın inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.
  Şəki qarışıq tipli uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən tezliklə yeni binanın inşasına başlanılacağı bildirilib.


Tarix: 4-08-2017, 10:26

Xəbəri paylaş