Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində olub

 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 və 2 saylı xüsusi internat məktəblərində olub.
İnternat məktəblərində təlim-tərbiyə alan uşaqlarla görüşən Leyla Əliyeva tədris korpuslarındakı mövcud şəraitlə tanış olub, uşaqların təhsili və asudə vaxtlarının təşkili ilə maraqlanıb.
12 saylı internat məktəbinin yetirmələri hazırladıqları müx­təlif bədii proqram, şeir və rəqs nömrələri təqdim edib.
Daha sonra 2 saylı internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ibtidai sinif və yuxarı sinif şagirdlərinin təhsil prosesi ilə maraqlanıb.
İnternat evinin yetirmələri müxtəlif səhnəciklər, o cümlədən vətənpərvərlik mövzusunda kompozisiya və rəqs nömrələri ilə çıxış ediblər.
  Leyla Əliyeva eyni zamanda 12 və 2 saylı internat məktəblərində uşaqların müxtəlif əl işləri ilə tanış olub.


Tarix: 8-05-2017, 10:28

Xəbəri paylaş