Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Texnologiya müəllimləri əvəz etməyəcək”







Andreas Şleyxer: “Çünki təhsildə sosial münasibətlər lazımdır”
“Texnologiyadan istifadə müəllimlərin imkanlarını çox genişləndirə bilər. Amma hətta ən yaxşı texnologiya müəllimləri əvəz edə bilməz. Çünki təhsildə sosial münasibətlər lazımdır”. Bu barədə OECD-nin Təhsil və səriştələr departamentinin direktoru Andreas Şleyxer Ankara təhsil platforması tərəfindən təşkil edilən, 400-dən çox türkiyəli  müəllimin iştirak etdiyi  videokonfransda bildirib. 
 
Biz gələcəyi yenidən qururuq
 
Andreas  Şleyxer çıxışında bildirib ki, pandemiya ilə texnologiyanın təhsili  dəyişməyə başladığını gördük. “Qiymətləndirmə və imtahanlarda böyük dəyişikliklər görürük. İndi simulyasiya, maşın alqoritmləri çox faydalıdır. 300 il əvvəl qiymətləndirmələrdə hansı nəticələr olmuşdur? İnsanlar öyrənmişlər, indi deyirlər ki, göstər nə öyrəndiyini. Bunun texnologiyalar əsasında həyata keçirilməsi bir çox üstünlüklərə gətirib çıxardı.
 
Pandemiya ilə bizim ən ənənəvi imtahan sistemlərimiz dağıdılıb. Çünki rəqəmsal texnologiya dövrünə uyğun gəlmirdi. Texnologiya bizə bunu yenidən, amma başqa formada etməyə  imkan verir. Müəllimlər şagirdlərin necə  fərqli bir şəkildə  öyrəndiyini görürlər. Harada onlara cansıxıcıdır, harada çətinlikləri var, onu görürlər. Dərsi onlara necə daha yaxşı təşkil edə bilərlər, onu görürlər. Biz gələcəyi yenidən qururuq”.
 
Məktəblər unikal həllər hazırlamalıdır
 
OECD rəsmisi əlavə edib ki, ötən semestrdə PISA araşdırmasına baxdığımızda, təlimdə nailiyyətlərlə bağlı fərqlər ortaya çıxdı. Texnologiyadan necə istifadə etdiyiniz vacibdir. Texnologiya müəllimləri gücləndirə  bilər.
 
A.Şleyxer hesab edir ki,  məktəblər unikal həllər hazırlamalıdır. Şagirdlərin və müəllimlərin daha yaxşı olmaları üçün biz çox  dağınıq bir sistemlə qarşı-qarşıyayıq. Ev tapşırıqları  çoxdur, məsələn, burada texnologiyaya deyil, pedaqogikaya diqqət yetirilməlidir. Həllin işləməsi üçün müəllimlər dizaynın mərkəzində olmalıdırlar. Müəllimləri prosesə cəlb etməsəniz, qərarların həyata keçiriləcəyini gözləyə bilməzsiniz. Çünki öyrənmə dediyimiz proses əməliyyat  deyil. Müəllimlər texnologiyadan istifadəni artırmalıdırlar. Təhsildə funksional struktur yaratmalıyıq. Tədris mühitlərini qarışdırmaqla intellektual sistemlər qurulmalıdır və bu, hamı üçün işləməlidir. Bu sistem hər kəsin iştirakı ilə hazırlanmalıdır. Texnologiya burada daha fərdi öyrənmə prosesini inkişaf  etdirə  bilər. İnnovasiya üçün əlverişli bir ekosistem yaradıla bilər. Şəffaf və neytral”.
 
Rəqəmsal mühitdə doğulsalar da rəqəmsal sakinlər  deyil
 
A.Şleyxer qeyd edib ki, rəqəmsal vətəndaşın, 15 yaşlı uşağın bir çox texnoloji qurğuları var. “Lakin onlara sahib olmaq deyil, bu informasiya axınında düzgün istiqamət tapmaq imkanı vacibdir.  Məsələn, Çində bu auditoriyanın 50 faizi rəqəmsal dünyada həqiqəti tapa bilər. Türkiyədə isə göstərici aşağıdır. Onların əksəriyyəti rəqəmsal doğulsa da, rəqəmsal sakin ola bilməz. Əvvəllər kitablarda oxuduqlarımız həqiqət idi, indi internetdə bir çox suallara  cavab tapırıq, amma nəyin doğru, nəyin yanlış olduğunu bilmirik. Buna görə həqiqəti tapmaq vacibdir.  Biz bunu ikinci rəqəmsal boşluq adlandıra  bilərik. Texnologiyalarla birlikdə təlimdə düzgün iştirak etmək, məzmun yaratmaq vacibdir. Təhsilalanlara  səslərinin eşidilməsi imkanını vermək çox vacibdir. Onları dinləmək, təhsilin dizaynında onların səsinə qulaq asmaq, müəllimlərə dəstək olmaq, məktəbləri  hər kəsin öyrəndiyi bir sistemə çevirmək və digər sektorlarla əməkdaşlıq etmək vacibdir”.
 
Sosial rifah akademik uğur qədər vacibdir
 
Sosial inteqrasiyanın koronavirusun təsirinə məruz qaldığını deyən A.Şleyxer əlavə edib ki, uşaqlar  daha az kövrək idilər. “Məktəblərin bağlanması uşaqlara ciddi təsir göstərib. Təhsil sistemində bərabərsizlik daha çox nəzərə çarpır. Təhsilalanların sosial rifafı, sağlamlıq vəziyyəti  onların akademik uğurları qədər çox vacibdir.  Söhbət imtahan həyəcanından getmir, hər zaman bundan danışırıq, amma onların stresə davamlılığı, nikbinliyi və enerjisi vacibdir. Onları necə yaradacağımızı soruşmaq lazımdır. Əslində biz əsasən, müəllimlərlə şagirdlər arasındakı münasibətlərlə məşğul olmalıyıq “, - deyə A.Şleyxer  əlavə edib.
 
Məktəblər insanları möhkəmləndirsin
 
Harvard Universitetinin professoru Fernando Reymers isə qlobal vətəndaşlıq təhsili məsələləri üzrə çıxışında deyib: “Çox vacib məsələ odur ki, məktəblər insanları möhkəmləndirsin və bu insanlar dünyaya təsir etsinlər. 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qərar qəbul edilmişdir ki, hər bir insanın təhsil hüququ vardır. Bu qərar insanları  dəyişdirdi.  Dövlət müəssisələri tərəfindən hamı üçün təhsil  təklif olunurdu. Bu, bir  inqilab idi. Bu,   80 ildə, daha qısa  müddətdə təhsilin gəldiyi nöqtə ən təsirli məqamdır. Bu inqilabın hədəfi maarifləndirmə məqsədlərinə nail olmaq və dünya haqqında danışmaq bacarığıdır. Burada “tərəqqi mümkündür fenomenini öyrətmək” və “kosmopolit nə deməkdir” ifadəsini anlada bilmək lazım gəlir.  Amma əvvəlcə insanların  özlərini başa düşmələri vacibdir.  Müxtəlif təhsil sistemlərindən çıxan və səsini  Gretta (ekologiya fəalı) kimi yüksəldən bir çox insan var. Məktəblərin təşkilinin məqsədi  şagirdlərin düşüncələrini ifadə edə bilmək və öz  hüquqlarına sahib olmalarını təmin etməkdir. Onları necə sürətləndirə bilərik, təhsil sistemlərində bu insanların sayını artırmaq üçün nə edə bilərik? Məktəbdə şagirdlərlə məktəbdənkənar da ünsiyyət qurmaq lazımdır ki, onlar çətinlikləri başa düşsünlər. Riyaziyyatda, elmdə və ya coğrafiyada onların öyrəndiklərini xarici dünyada  tətbiq etmək, vəziyyəti dəyişə biləcəklərini anlamaq,  gələcəklərini formalaşdırmaq mümkündür. Ümumiyyətlə, bunlar qlobal vətəndaşlıq təhsilinə dair  dediklərimdir. Mən fərqli şeylərdən bəhs etmirəm”.
 
Məktəb bannerləri dəyişməlidir
 
Qlobal təhsil üzrə məsləhətçi professor  Qer Qratus isə  deyib: “Pandemiyadan əvvəl baş vermiş bir çox problemlər pandemiya ilə birlikdə səhnəyə çıxdı. Soruşuram, biz kompensasiya kimi nələri bacaracağıq?. Konsepsiyanın bir tərəfi daim başqa nəticə gözləməklə eyni şeyləri edir. Pandemiya ilə əlaqədar uşaqların təcrübəsi artdı. Onlar məktəbdən kənarda təcrübə gördülər. Uşaqların öz hekayələrini yaza bilməsi üçün məktəbdə bir maket yaradılmalıdır ki, orada onlar öyrəndiklərini təcrübə edə bilsinlər. Onları öyrətməklə və yoxlamaqla heç nə əldə edə bilməyəcəyik. İndi biz məktəb divarlarında o qədər uğurluyuq ki, bu anda və ya etdiklərimizə bənzər bannerlər silinməlidir. Bunun əvəzinə məkanın dəyişməsi, zamanın dəyişməsi, düşüncələrin dəyişməsi və gələcəyin dəyişməsi ilə birlikdə ümidlər barədə yazmaq lazımdır”.
 
Oruc MUSTAFAYEV
 


Tarix: 23-07-2022, 22:12

Xəbəri paylaş