Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

RİYAZİYYAT DÜNYASI


 

“Müəllim” nəşriyyatı tərəfindən Vaqif Mahmudovun və Qasım Qasımovun müəllifliyi ilə “Riyaziyyat dünyası” adlı A5 formatında 616 səhifəlik yeni   kitab işıq üzü görmüşdür.

Kitab 8 bölmədən ibarətdir. Bu bölmələrdə ibtidai siniflərdə riyaziyyatın tədrisi metodikası ilə bağlı məsələlər və əyləncəli çalışmalar, orta məktəb riyaziyyatının bütün sahələri üzrə anlayış və düsturlar, həndəsədən xeyli sayda qurma məsələləri, maraqlı riyazi məlumatlar, praktik məzmunlu çalışmalar və testlər, riyazi üsulların tətbiqi ilə maraqlı hesablama üsulları və say sistemləri haqqında ətraflı məlumat öz əksini tapmışdır.

Kitabda çoxluqlar, kombinatorika və ehtimal nəzəriyyəsinin elementlərinə dair kifayət qədər çalışmalar və onların həlli, istehsalat və məişət məzmunlu tarixi və əyləncəli, praktik məsələlər, o cümlədən  orta məktəbin riyaziyyat kursunda tətbiq olunan qaydalar və düsturlar, bir sıra maraqlı məlumatlar verilmişdir.

Şagirdlərin riyazi biliyinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə, hər şeydən əvvəl,  fənnin tədrisi yollarını müəy­yənləşdirmək və mövzudan asılı olaraq rəngarəng vasitələrdən istifadə etmək lazım gəlir. Məktəbdə şagirdlərin riyazi qabiliyyətlərinin inkişafında digər pedaqoji təd­birlərlə yanaşı, riyaziyyat dərnəkləri də mühüm rol oynayır.

Bu məqsədlə kitabdan riyaziyyat dərnəklərinin işinin daha da yaxşılaşdırılması məqsədi üçün də istifadə edilə bilər.

Kitab riyaziyyat müəllimlərinə, riyaziyyata xüsusi həvəs göstərən şagirdlərə, həmçinin müstəqil məsələ həll etmək bacarığına yiyələnmək istəyənlərə köməklik məqsədi ilə yazılmışdır. 

Kitabdan tam orta, pedaqoji, digər ali və orta ixtisas məktəblərinin, liseylərin, gimnaziyaların, kolleclərin, universitetlərin şagird, tələbə və müəllimləri istifadə edə bilərlər.

 


Tarix: 8-07-2021, 17:35

Xəbəri paylaş